Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4899/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 Rafiq oğlunun sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X4 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC-nin barəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin Böyük məsləhətçimüfəttişi X2 tərəfindən 13 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 13 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan görünür ki, xx.xx.2025-ci il tarixində Sabunçu rayonu, Südçülük sovxozu ünvanında yerləşən "xxxx" MMC tərəfindən ev quşları və dovşan ətinin emalı müəssisəsində formalaşan təmizləyici qurğu olmadan tullantı çirkab suların Hövsan kanalına axıdılması müəyyən olunmuşdur. Nəticədə "xxxx" MMC-nin tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsinin nümayəndəsi X6 protokolun məzmununa uyğun çıxış edərək "xxxx" MMC-nin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 262.2.3 və 264.0.1-ci maddələri ilə ndə nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, 13 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati xəta haqqında protokol”dan və iş materiallarına əlavə edilmiş foto-şəkillər və CD diskdən görünür ki, "xxxx" MMC-nin tərəfindən təmizləyici qurğu olmadan çirkab (tullantı) sularının təyinatsız axıdılması müəyyən edilmişdir. 13 avqust 2025-ci il tarixli, 000254 nömrəli Aktdan görünür ki, aparılmış monitorinq zamanı müəyyən edilmişdir ki, Sabunçu rayonu, Südçülük sovxozu ərazisində fəaliyyət göstərən ev quşları və dovşan ətinin emalı müəssisəsində şanbonun olmadığı ərazisində təmizləyici qurğunun quraşdırılmadığı, həmin ərazidə formalaşan çirkab və tullantı suların birbaşa olaraq təmizlənmədən yaxınlıqdan keçən Hövsan kanalaına təyinatsız olaraq axıdılması faktı aşkar edilmişdir. Sözügedən müəssisədən Hövsan kanalına axıdılılan suyun tərkibinin müəyyənləşdirilməsi məqsədi ilə sudan nümünələr götürülərək “İri şəhərlərin birləşmiş Su təchizatı Xidməti” PHŞ-nin Mərkəzi Laboratoriyasına təhvil verilmişdir. Araşdırma ilə əlaqədar "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X5 bölməyə gələrək yazılı izahatında müəssisədə formalaşan çirkab sulların birbaşa olaraq Hövsan kanalına axıdılmasını etiraf edərək və onun qarşısının alınması məqsədilə müvafiq tədbirlərin görüləcəyini qeyd edərək aşkar faktı təsdiq etmişdir. Hüquqi şəxsin nümayəndəsinə tərəflərindən su qanunvericiliyinin tələblərinin pozulduğu izah edilmiş və buna görə də "xxxx" MMC-nin barəsində İXM-nin 262.2.3 və 264.0.1-ci maddələri ilə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş X3 izahatında göstərilmişdir ki, "xxxx" MMC tərəfindən əraziyə şirkab suları birbaşa su kanalına tökülür. Qeyd olunan məsələ ilə bağlı xx.xx.2025-ci il tarixdə onlara şifahi məlumat verilmişdir və həmin çirkab suların Hövsan kanalına axıdılmasının qarşısı alınmasına görə işlər görüləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; Həmin Məcəllənin 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən, inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.1-ci maddələrinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 262.2.3 və 264.0.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, MMC-yə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 7500 (yeddi min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(008)-4899/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4899/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver