Məhkəmə qərarları › İş №3(008)-4902/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4902/2025

25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4902/2025 25.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi, İnzibati xəta haqqında protokulu tərtib etmiş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində yerləşən “Kafe 777” adlı iaşə obyekti ona məxsus deyildir, o sadəcə həmin obyekti Ceyhun adlı şəxsdən 2 ay müddətinə icarəyə götürmüşdür. Həmin kölgəliklər onun tərəfindən tikilməmişdir. Buna görə də onda həmin obyektə məxsus heç bir hüquq müəyyənedici sənəd yoxdur. Odur ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində yerləşən “Kafe 777” adlı iaşə obyektində kölgəliklərin həmin obyektin sahibi tərəfindən tikildiyini, onun tərəfindən sadəcə istifadə edildiyini, heç bir əsas olmadan barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 11 avqust 2025-ci il tarixli 000243 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentnin Adminstrasiyasının rəhbərinin 15 may 2025-ci il tarixli 40 nömrəli sərəncamının icrası, Xəzər dənizinin mühafizə zonasında nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Kafe 777” restoranında monitorinq tədbirləri həyata keçirilmiş və Xəzər dənizinin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. Özünü obyektin istifadəçisi kimi təqdim edən Şəxs adlı şəxs yazılı izahatında “Sabunçu rayonu, Prişağı qəsəbəsində yerləşən “Kafe 777” restoranının onun tərəfindən istifadə edildiyini, obyekt ilə bağlı heç bir hüquq müəyyənedici sənədinin olmadığını, obyektin ərazisində təxminən 60 kölgəlik və mətbəx olduğunu” bildirmişdir. Tərəflərindən Şəxs hüquq və vəzifələri izah olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 19-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 10 və 22-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərindən Şəxs qanunvericliyin tələbləri və daşıdığı məsuliyyət izah olunmuşdur. Şəxs izahatından görünür ki, Pirşağı qəsəbəsi Qızıl qum sanatoriyası ərazisində Kafe 777 ictimai iaşə obyekti mülkiyyət başqasına aid olduğu halda o icarəyə götürmüşdür. Xəzər dənizinin mühafizə zolağında olan bu obyekt 60 kölgəlikdən və mətbəx hissəsindən ibarətdir. Heç bir mülkiyyət sənədi olmadığından tərəfindən sözügedən obyekt heç bir heç bir hüquqi sənəd olmadan fəaliyyəti təmin edilmişdir. Obyektdə məişətdə quyu suyundan istifadə olunur. Çirkab suları şamboya axıdılır. Suların istifadəsinə və X2 xidməti Bakı regional Bölməsinin əməkdaşları onun barəsində tətbiq olunan protokol əsasında şifahi deyilən cərimə məbləğinin heç bir əsası yoxdur və bildirmişdir ki, həmin protokol məhkəmə qaydasında tərəfindən mübahisələndiriləcəkdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 264.0.3-cü maddəsinə əsasən su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması halı öz təsdiqini tapmamışdır. Belə ki, tərtib edilmiş aktda və inzibati xəta haqqında protokolda Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində “Kafe 777” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilmişdir. Əksinə, məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində yerləşən “Kafe 777” adlı iaşə obyekti ona məxsus deyildir, o sadəcə həmin obyekti Ceyhun adlı şəxsdən 2 ay müddətinə icarəyə götürmüşdür. Həmin kölgəliklər onun tərəfindən tikilməmişdir. Buna görə də onda həmin obyektə məxsus heç bir hüquq müəyyənedici sənəd yoxdur. Odur ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində yerləşən “Kafe 777” adlı iaşə obyektində kölgəliklərin həmin obyektin sahibi tərəfindən tikildiyini, onun tərəfindən sadəcə istifadə edildiyini göstərmişdir. Lakin iş materiallarına Sabunçu rayonu, Pirşağı qəsəbəsi, ərazisində yerləşən “Kafe 777” adlı iaşə obyektin Şəxs məxsus olmasını və eyni zamanda həmin ərazidə yerləşən kölgəliklərin onun tərəfindən tikildiyini təsdiq edən hər hansı bir sənəd əlavə edilməmişdir. Halbuki, protokolda göstərildiyi kimi sözügedən ərazidə kölgəliklər tikərək Xəzər dənizinin su mühafizə zonasının zəbt olunmasını müəyyən etmək üçün, həmin ərazinin aid olduğu icra hakimiyyətinə, bələdiyyə və polis orqanına sorğular verilməmiş, həmin ərazidə Şəxs tərəfindən kölgəliklər tikilərək zəbt edilməsini təsdiq edən hər hansı sənəd alınmamışdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi su obyektlərinin mühafizəsi qaydalarının pozulmasına, yəni, su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Lakin tərtib edilmiş protokolda və ona əlavə edilmiş sənədlərdə Azərbaycan Respublikasının Su Məcəlləsinin konkret olaraq hansı tələblərinin pozulması öz əksini tapmamış, bununla bağlı qanunvericiliyin normalarına istina edilməişdir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki işin materiallarından görünür ki, Şəxs təqsirləndirildiyi inzibati xətanın törədilməsini təsdiq edən sübut qismində xx.xx.2025-ci il tarixli akt və fotoşəkillər iş materiallarına əlavə edilmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 11 avqust 2025-ci il tarixli 000243 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X2 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentnin Adminstrasiyasının rəhbərinin 15 may 2025-ci il tarixli 40 nömrəli sərəncamının icrası, Xəzər dənizinin mühafizə zonasında nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı xx.xx.2025-ci il tarixdə Sabunçu rayonu, Pirşağı qəsəbəsi “Kafe 777” restoranında monitorinq tədbirləri həyata keçirilmiş və Xəzər dənizinin mühafizə zonasının zəbt olunması faktı aşkar edilmişdir. Özünü obyektin istifadəçisi kimi təqdim edən Şəxs adlı şəxs yazılı izahatında “Sabunçu rayonu, Prişağı qəsəbəsində yerləşən “Kafe 777” restoranının onun tərəfindən istifadə edildiyini, obyekt ilə bağlı heç bir hüquq müəyyənedici sənədinin olmadığını, obyektin ərazisində təxminən 60 kölgəlik və mətbəx olduğunu” bildirmişdir. Tərəflərindən Şəxs hüquq və vəzifələri izah olunmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası Su Məcəlləsinin 103-cü maddəsinin 19-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 10 və 22-ci maddələrinin tələbləri pozulmuşdur. Tərəflərindən Şəxs qanunvericliyin tələbləri və daşıdığı məsuliyyət izah olunmuşdur. İş materiallarında olan fotoşəkillərdən görünür ki, sözügedən ərazidə kölgəliklər tikildiyi müəyyən edilmişdir. Məhkəmə göstərilən sübutlarla bağlı qeyd edir ki, Şəxs məhkəmə iclasında göstərilən faktı inkar etməmiş, həmin ərazidə uzun müddətdir ki, kölgəliklər olduğunu, onun həmin kölgəlikləri Ceyhun adlı şəxsdən qısa müddətə şifahi razılıq əsasənda icarəyə götürərək işlətdiyini göstərmiş, həmin kölgəliklərin onun tərəfindən tikilmədiyini bildirmişdir. Şəxs izahatında göstərdiyi bu xüsusatları təkzib edən hər hansısa sübut inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən sözügedən akt və fotoşəkillər müəyyən sübut əhəmiyyətinə malik olsa da, şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayətedici sayıla bilməz. Yəni bu kimi sənədlərə araşdırma zamanı toplanmalı olan digər sübutların məcmusu nəzərə alınmaqla qiymət verilməlidir. O cümlədən bu növ araşdırmalar hər bir halda inzibati xətalar qanunvericiliyi ilə müəyyən olunmuş prosessual qaydalara uyğun aparılmalı, bu zaman inzibati xətalar qanunvericiliyinin digər prinsipləri ilə yanaşı, təməl prinsiplərdən biri olan, Azərbaycan Respublikası İXM-nin 8-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi nəzərə alınmalıdır. Həmin maddəyə əsasən “8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir”. Beləliklə, İXM-nin yuxarıda qeyd olunan və s. aidiyyəti müddəalarının tələbinə görə şəxsin konkret inzibati xətanı törətməsi halı inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən sübuta yetirilməlidir. Sübutetmə vəzifəsinin icrası zamanı prosessual qaydalar çərçivəsində bütün iştirakçıların qanunla müəyyən olunmuş prosessual hüquqları təmin edilməlidir. Belə ki, məhz prosessual hüquqları təmin ediləcəyi təqdirdə şəxs (o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) dəlillər gətirmək, o cümlədən iş üzrə obyektiv və qərəzsiz qənaətə gəlməyə şərait yarada biləcək sübutlar təqdim etmək imkanı əldə edir. Azərbaycan Respublikası İXM-nin 75.0.2 və 75.0.3-cü maddələrinin tələbinə görə inzibati xəta haqqında iş üzrə icraat zamanı “inzibati xəta törətmiş şəxs”, habelə “inzibati xəta törətməkdə şəxsin təqsiri” müəyyən edilməlidir. Yuxarıda göstərilən “müəyyən etmə fəaliyyəti” mötəbər sübutların toplanması və qiymətləndirilməsi yolu ilə həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən “İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir”. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən “Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar