Məhkəmə qərarları › İş №3(008)-4931/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4931/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4931/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X21 qızının katibliyi, X1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndisi X7 iştirakı ilə, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X15 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X12 Xidməti MN ******* nömrəli, 07 avqust 2025ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas vətəndaş X5 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı “X24” MMC-nin (VÖEN:**********) direktoru T.Əzimov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən T.Cavadzadənin işin görülməsinə cəlb edildiyi olmuşdur. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* nömrəli, 07 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarında göstərilənlər tamamilə yanlışdır və heç bir həqiqəti əks etdirmir. Belə ki, X10 xx.xx.2025-ci il tarixdə X13 yerləşən “X24” MMC-yə iş üzün müraciət etmişdir. Təxminən 3- 4 dəfə MMC-yə gəlmiş. Gəlməyində də məqsəd rəhbər şəxslə görüş olub işin halları bilmək və əmək haqqı barədə məlumat əldə etmək olmuşdur. 05.05.205-ci il tarixdə rəhbərlikdən xəbərsiz MMC-yə gələrək rəhbər şəxləri gözləmişdir. xx.xx.2025- ci il tarixdə o, “X24” MMC-də işləyən Fatmanın yanına gəldi, gəlməyinə səbəb şəxsi problemləri ilə bağlı söhbət etmək olmuşdur. O, Fatma ilə söhbətləşərkən bir neçə gün əvvəl sağ əlinin barmağında olan yaranın üstü açılaraq qan gəlmişdir. Qanın gəlməsinə səbəb əlinin özündən ixtiyarsız sərt taxtaya ilişərək üstünün sürtülməsinə səbəb olmuşdur. Həmin vaxt ailə problemlərinin olması onu bərk sıxdığından əsəbləşərək polisə şikayət etmişdir. Bir daha qeyd edirik ki, X10 “X24” MMC- də işləməmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X12 Xidməti MN ******* nömrəli, 07 avqust 2025- ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə onun 3500 (üç min beş yüz) manat məbləğində cərimə olunması qanunsuz və əsassızıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər mln manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Hörmətli Məhkəmə, İXM-nin 3-cü maddəsinin tələbləri baxımından mənə istinad edilən əməli təhlil etsək belə nəticəyə gələ bilərəm ki, mənim İXM-nin 192.1 və 555.3-cü maddələri ilə təqsirli bilinərək vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunmam üçün inzibati xəta tərkibinin əlamətləri mövcud deyildir. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 117.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Həmin məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Guya baş vermiş inzibati xəta Bakı şəhəri Sabunçu rayonu ərazisində törədilmişdir. Belə ki İXMnin 192.1-ci maddəsinə əsasən əmək müqaviləsinə qanunvericiliyin tələbi pozularaq xitam verilməsinə görədir ki, bu əməliyyatında icra olunması yeri hüquqi şəxsin yerləşdiyi ünvandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd olunanlara əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X12 Xidməti MN ******* nömrəli, 07 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir. Odur ki, məhkəmədən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında X12 Xidmətinin MN ******* nömrəli, 07 avqust 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X15 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndisi X11 izahatında bildirmişdir ki, vətəndaş X4 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı “X24” MMC-nin baş direktoru Taleh Əzimov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Tamara Cavadzadənin işlərin görülməsinə cəlb edildiyi və sabiq işçisi X3 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı araşdırılması zamanı xx.xx.2025-ci il tarixdə işçinin normal əmək və istirahət rejimin riayət edilmədiyi məlum olmuşdur. X2 Azərbaycan Respublikası İXM-nin 192.1 və 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Azərbaycan Respublikası İXM-nin 34, 114 və 115-ci maddələrini rəhəbər tutaraq X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat tənbeh növü tətbiq edilmişdir. Odur ki, X9 şikayətinin təmin edilməməsini və xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın dəyişdirilmədən qüvvədə qalmasını xahiş edir. Eyni zamanda X11 bildirmişdir ki, vətəndaş X8 hazırki şikayət ərizəsində göstərilənlərin əksinə olaraq Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında olan “X24” MMC-nin İXM-nin 192.1-ci madddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə iclasında polisə verdiyi şikayətini təsdiq edərək əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb etdiyini təsdiq etmişdir. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X4 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırılması zamanı “X24” MMC-nin baş direktoru Taleh Əzimov tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Tamara Cavadzadənin işlərin görülməsinə cəlb edildiyi və sabiq işçisi X3 xx.xx.2025-ci il tarixdə xəsarət alması ilə bağlı araşdırılması zamanı xx.xx.2025-ci il tarixdə işçinin normal əmək və istirahət rejimin riayət edilmədiyi məlum olmuşdur. X2 Azərbaycan Respublikası İXMnin 192.1 və 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, Azərbaycan Respublikası İXM-nin 34, 114 və 115-ci maddələrini rəhəbər tutaraq X15 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat tənbeh növü tətbiq edilmişdir; X6 izahatında görünür ki, xx.xx.2025-ci il tarixində X13 yerləşən Oven şiriniyyat fabrikində şüşü düzəlmə üçün müraciətə gəlmişdir. Təqribən 3-4 dəfə gəlib getmişdir. Gəlməyinə səbəb rəhbər şəxslə görüşərək işin hallarını və əmək haqqını öyrənmək olub. Rəhbər heyyəti yerində olmadığı üçün, işsizlik onu sıxdığı üçün xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək gəlib burada (fabrikdə) rəhbəri gözləmiş, xx.xx.2025-ci il tarixində o sənaye parkındakı Oven şiriniyyat evinə rəfiqəsi Fatma ilə birlikdə gəlmiş, gəlməyinə səbəb şəxsi problemləri ilə bərabər söhbətləşmək olmuşdur. O, Fatmayla söhbətləşərkən bir neçə gün əvvəl sağ əlinin barmağında olan yaranın üstü açılaraq qan gəlmişdir. Qanın gəlməyinə səbəb əlinin özündən ixtiyarsız sərt taxtaya ilişərək üstünün sürtülməsinə səbəb oldu. Həmin vaxt ailə problemlərinin olması onu bərk sıxdığından əsəbləşərək polisə şikayət etmişdir. Qısa olaraq bildirir ki, o orada işləmədiyini səmimi etiraf etmişdir. Sadəcə əsəbi olduğundan polisdə ifadəsini yanlış vermişdir. Onun heç bir şikayəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərarda vəzifəli şəxs X9 həmin tarixdə Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X15 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 3(008)-4572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, sözügedən fakt üzrə “X24” MMC İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 20000 manat cərimə tətbiq edilmişdir. Belə ki, vətəndaş X8 hazırki şikayət ərizəsində göstərilənlərin əksinə olaraq Bakı şəhəri Sabunçu rayon məhkəməsinin icraatında olan “X24” MMC-nin İXM-nin 192.1-ci madddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə məhkəmə iclasında polisə verdiyi şikayət və izahatını təsdiq edərək MMC tərəfindən əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edildiyini təsdiq etmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X9 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X9 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar