Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4944/2023 02.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs – Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin polis sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Gədəbəy rayonu, Herkinaz kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin sahə inspektrou, polis leytenantı Rasim Hümbətov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsində polis əməkdaşları tərəfindən xidmət aparılan zaman saxlanılmış, saxlanılan zaman müqavimət göstərmişdir.xx.xx.2023-cü il tarixdə aparılmış müayinələr zamanı qanında (OPİ+), (AMP+) (MOP+) narkotik vasitələri qəbul etdiyi aşkar edilmişdir. Məhkəmədə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsində xidmət apararkən, polis əməkdaşları şübhəli şəxsi görüb yaxınlaşmışlar, lakin həmin şəxs qaçmışdır. Onu saxlayıb 12-ci polis bölməsinə aparmışlar. Bölmədə şəxsiyyətini müəyyənləşdirmişlər. Həmin şəxs, yəni Şəxs narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Bu halı təsdiq edən müvafiq tibbi rəy də alınmışdır. Qeyd olunanlara əsasən, Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli səmimi etiraf edərək, təxminən bir aydır ki, narkotik vasitə istifadəçisi olduğunu, xx.xx.2023-cü il tarixdə Balaxanı qəsəbəsində qorxduğundan, polis əməkdaşlarından qaçdığını bildirdi. Törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini qeyd edərək, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Şəxs 31 avqust 2023-cü il tarixdə saat 19:30-da inzibati qaydada tutulmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli, MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilmiş və həmin protokollar Şəxs tərəfindən imzalanmışdır. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin sahə inspektoru X2 dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı, tibbi müayinə protokolu və toplanmış materialla tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən kimi nəzərə alır və məsuliyyətini ağırlaşdıran hal müəyyən etdmədi. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələrinin tərkibi vardır. Lakin qanunun tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Çünki Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı və 535.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirli bilinməlidir və bu maddələrdən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiyaya malik olan İXM-nın 206-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Hər iki hissədə qərarın icrası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №3(008)-4944/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4944/2023
02.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver