Məhkəmə qərarları › İş №3(008)-4945/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4945/2023

02.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4945/2023 02.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Baxşiyev Yavər Qafil oğlunun katibliyi, İnzibati xəta haqqında protokolları tərtib etmiş şəxs – Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PB-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis bölməsinin sahə inspektrou, polis baş leytenantı Vüqar Mirzəyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN 171053 seriya nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, narkoloji mərkəzin 5588 nömrəli rəyinə əsasən Şəxs narkotik vasitələrin istifadəçisi olduğu müəyyən edilmişdir. Məhkəmədə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 inzibati xəta haqqında protokolu müdafiə edərək, izahatında göstərdi ki, DİN-in 102 Xidmətinə zəng edilərək, Şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumat verilmişdir. Həmin şəxs 12-ci Polis bölməsinə dəvət edilmişdir. Şəxs bölmədə narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Bu halı təsdiq edən müvafiq tibbi rəy də alınmışdır. Qeyd olunanlara əsasən, Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi əməli səmimi etiraf edərək, narkotik vasitədən istifadə etdiyini, lakin alüdəçisi olmadığını, 2 ay əvvəl oxşar əməlinə görə 20 gün müddətinə həbs edildiyini bildirmişdir. O, peşman olduğunu, narkotik vasitədən istifadən istifadəni tərgitdiyini, ailə vəziyyətinin ağır olduğunu, yaxın zamanlarda övladının dünyaya gələcəyini məhkəmənin diqqətinə çatdırıb, barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etdi. İş materiallarından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da inzibati qaydada tutulmuş, barəsində Azərbaycan Respublikası İXM-nin 206-ci və 535.1-ci maddələri ilə xx.xx.2023-cü il tarixli MN 171053 seriya nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs və inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci PŞ-nin sahə inspektoru X2 dinləyib inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafı, tibbi müayinə protokolu və toplanmış materialla tam sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanı törətmiş şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən kimi, bir il ərzində eyni inzibati xətanı təkrar törətməsini məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi vardır və onun əməli düzgün tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirli bilinərək, barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda inzibati qaydada həbsin əvvəli Şəxs faktiki saxlanıldığı vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 25 (iyirmi beş) gün müddətində inzibati qaydada həbs edilsin. İnzibati həbsin əvvəli onun tutulduğu vaxtdan, yəni 31 avqust 2023-cü il tarixdən hesablansın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin Hər iki hissədə qərarın icrası Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar