Məhkəmə qərarları › İş №3(008)-4958/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4958/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4958/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Bağırov X2 rayonu, Zabrat və Balaxanı qəsəbələri arasında boş torpaq sahəsinə **-RM-*** dövlət nömrə nişanlı maşın ilə çirkab suyu axıtmaqla AR İXM-nin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd edilən protokolda bu faktın xx.xx.2024-cü il tarixli 183 nömrəli akt və şikayətçinin izahatı ilə təsdiq edildiyi qeyd edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, **-RM-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobil 4-5 ay olar ki, işləmir. Onun tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən əraziyə çirkab suları axıdılmamışdır. Ona 11 saylı RETS idarəsi tərəfindən qeyd olunan inzibati xətaya görə hər hansı rəsmi bildiriş göndərilməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə Azərbaycan Respublikasının AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabunçu rayonu, Zabrat və Balaxanı qəsəbələri arasında boş torpaq sahəsinə **-RM-*** dövlət nömrə nişanlı maşın ilə çirkab suyu axıdılmasına görə AR İXM-nin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunan 183 nömrəli,xx.xx.2024-cü il tarixli aktda 168 saylı çağrı mərkəzinə X1 tərəfindən ünvanlanmış xx.xx.2024-cü il tarixli Zabrat Balaxanı arasındakı əraziyə maşınlarla çirkab suların boşaldılmasına dair müraciəti üzrə şikayətçinin iştirakı ilə yerində araşdırılmışdır. X1 şikayəti ilə bağlı yazılı izahat verərək yaşadıqları məhəllənin yaxınlığında yerləşən Zabrat və Balaxanı qəsəbələri arasında qalan boş torpaq sahəsinə xüsusi təyinatlı çirkab su maşınları ilə (**-RM-***, **-DU-***, **-CX-***, **-BD-*** d.q.n) çirkab suyun boşaldıldığını antisanitar vəziyyət yarandığını bildirmiş, sakinlər tərəfindən çəkilmiş foto və videogörüntülər təqdim olunmuşdur. Araşdırma müddətində sözü gedən nəqliyyat vasitələrinin kimə, hansı təşkilat və ya idarəyə məxsus olduğunu müəyyən etmək mümkün olmamışdır. Akta vətəndaşın izahatı və ərazidən çəkilmiş fotoşəkillər əlavə olunmuşdur. Fotoşəkillərdən bir neçə nəqliyyat vasitəsinin boş ərazidə hərəkətsiz vəziyyətdə dayandığı görünür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda nzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 09 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Sabunçu rayonu, Zabrat və Balaxanı qəsəbələri arasında boş torpaq sahəsinə **-RM-*** dövlət nömrə nişanlı maşın ilə çirkab su axıdılması qeyd edilsə də, bunu təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Protokola əlavə olunan 183 nömrəli aktda şikayət verən şəxsin müraciəti üzrə çirkab suyun axıdıldığı sahədə yerində araşdırma aparıldığı qeyd edilmiş, lakin aktda araşdırmanın nəticələri, yəni həmin ərazidə araşdırma aparılarkən müəyyən olunan hallar öz əksini tapmamış, yalnız şikayət verən şəxsin izahatı qeyd edilmişdir. Bundan başqa protokola əlavə olunmuş fotoşəkillərdə boş torpaq sahəsində bir neçə nəqliyyat vasitəsinin hərəkətsiz vəziyyətdə dayandığı görünür. Həmin fotoşəkillərdə ətraf ərazilər quru vəziyyətdə olmuşdur. Fotoşəkillərdən Şəxs tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən ərazidə çirkab suların axıdılması faktı öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar