Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4960/2025 15.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X14 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2, zərərçəkmiş şəxas X7, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 iştirakları ilə, 20 aprel 1977-ci il tarixdə Türkiyə Respublikasında doğulmuş, Türkiyə Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında qeydiyyatda olmaqla yaşayan X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 15 avqust 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Salyan Rayon Məhkəməsinin 2-188/2005 saylı xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün X9 qazancının dördə bir hissəsi X10 ödənilməlidir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1363/2020 saylı qərara əsasən bir uşağın saxlanılması üçün 170 manat X8 tutularaq X10 ödənilməlidir. Lakin icra qərəzli olaraq X15 tərəfindən icra edilmir. Salyan Rayon Məhkəməsinin qərarı üzrə aliment borcu 18328 manat, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin qərarı üzrə aliment borcu 11200 manat təşkil edir. Cəmi borcu 29548 manatdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu X8 qətnamənin icrası tələb olunmuşdur. Borclu, X15 Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X15 izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin 2-188/2005 saylı xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün qazancının dördə bir hissəsi və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1363/2020 saylı qərara əsasən bir uşağın saxlanılması üçün 170 manat aliment ondan tutularaq X10 ödənilməlidir. əvvəlki icra sənədi üzrə qızı Türkan Türkə ödənilməli aliment borcunu da ödəməmişdir. Özünün səhhəti ilə bağlı problemləri olduğunu, maddi imkanının olmadığını və işləmədiyini bildirmişdir. Hazırda aliment borcundan heç bir məbləğdə ödəniş etməyə imkanı yoxdur. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, Salyan Rayon Məhkəməsinin 2-188/2005 saylı xx.xx.2005-ci il tarixli icra sənədinə əsasən bir uşağın saxlanması üçün X9 qazancının dördə bir hissəsi və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1363/2020 saylı qərara əsasən bir uşağın saxlanılması üçün 170 manat aliment X8 tutularaq ona ödənilməlidir. X4 bu günədək heç bir məbləğdə ödəniş etməmişdir.Ümumilikdə ona 29548 manat aliment borcu ödənilməlidir. Əgər yaranmış aliment borcunu tam şəkildə ödəməzsə, X9 barəsində inzibati həbs tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2-188/2005 saylı xx.xx.2005-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2002-ci ildə anadan olmuş X1 üçün o yetkinlik yaşına çatanadək hər ay atası X9 bütün növ qazancının dörddə bir hissəsi miqdarında aliment alınması və uşağın anası X10 verilməsi nəzərdə tutulmuşdur; Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(007)-1363/2020 saylı icra vərəqəsindən görünür ki, 17 may 2017-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün X8 26 fevral 2020-ci il tarixdən hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq X12 verilməsi və cavabdeh X8 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə alınması nəzərdə tutulmuşdur; İcraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu X13 göndərilmişdir; Borclunun axtarışı haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, borclu xx.xx.1977-ci il təvəllüdlü Maştağa qəsəbəsi, Daş Karxanası yolu, döngə 1, Kanlayanı ev 5 ünvanında qeydiyyatda olan X15 barəsində axtarış elan edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(008)-3102/2024 saylı qərarından görünür ki, X15 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. X9 həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, icra sənədi üzrə olan borcunu ödəməkdən qərəzli olaraq yayındığını, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 15 avqust 2025-ci il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Sabunçu Rayon Polis idarəsinə və Azərbaycan Respublikası DİN-nin X6 Saxlama Mərkəzinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4960/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4960/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver