Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4961/2022 12.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, şikayət vermiş şəxs X1, səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X3 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 may 2022-ci il tarixdə, saat 13:51-də Bakı şəhəri, Sabunçu rayonu, S.Qocayev küçəsində hərəkətdə olan zaman heç bir qaydanı pozmamışdır. Həmin yolun başlanğıcında 3.20 nişanı olan “ötmə qadağandır” nişanı yoxdur. Belə olan halda barəsində tərtib olunmuş protokol və həmin protokola əsasən qəbul edilmiş qərar əsassızdır.Həmin qərarın qəbul edilməsi ilə onun hüquqları pozulmuş və ona maddi ziyan dəymişdir. Bu səbəbdən də həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 özünü qismən, yəni 327.2-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş, onun hərəkət etdiyi yolda nişanlanma xəttinin olmadığını, o əks yola çıxsa qarşı yoldan gələn avtomobillərin həmin yolda olmadığını göstəmiş və şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 göstərmişdir ki, məhkəməyə təqdim edilmiş diskdə olan görüntülərlə X1 AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayətin təmin edilməməsini, Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 07 iyun 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 02 may 2022-ci il tarixdə, saat 13:51-də idarə etdiyi BMW 530 minik markalı, 90 OL- 056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə AR İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 07 iyun 2022-ci il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərardan görünür ki, X3 AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. şikayət ərizəsinə əlavə edilmiş SMS mətnindən görünür ki, ** LO *** avtomobilə yazılan İXP ******* saylı protokol ödənilmişdir. Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsi X4 tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş diskdə olan görüntülərdən də görünür ki, hadisə günü X1 BMW 530 minik markalı, 90 OL-056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi yolda üfuqi nişanlanma xətti olmasına baxmayaraq o, əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçmiş və qarşıdan gələn nəqliyyat axınına qarşı hərəkət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir. Şikayət ərizəsində X3 02 may 2022-ci il tarixdə hər hansı yol hərəkəti qaydaları pozuntusuna yol vermədiyini, özünü AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilmədiyini göstərsə də, X1 BMW 530 minik markalı, 90 OL-056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi yolda üfuqi nişanlanma xətti olmasına baxmayaraq o, əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçmiş və qarşıdan gələn nəqliyyat axınına qarşı hərəkət etmişdir. Məhkəmə baxışı zamanı X3 özünü AR İXM-nin 327.4-cü maddəsi deyil, 327.2-ci maddəsi ilə təqsirli bildiyini göstərsə də, məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı tədqiq edilmiş diskdəki görüntülərlə X1 BMW 530 minik markalı, 90 OL-056 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etdiyi yolda üfuqi nişanlanma xətti olmasına baxmayaraq onun əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçməsindən sonra qarşıdan nəqliyyat vasitələrinin gəlməsi öz təsdiqini tapdığından hazırki halda şəxsin əməlində AR İXM-nin 327.2-ci maddəsinin tərkibinin deyil, məhz həmin Məcəllənin 327.4-cü maddəsinin tərkibinin olması mübahisəsizdir. Beləliklə, məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, şikayətçinin İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Bakı şəhəri X9 İdarəsi tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X1 Bakı şəhəri X9 İdarəsi tərəfindən qəbul edilmiş 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri X9 İdarəsi tərəfindən barəsində tərtib edilmiş 07 iyun 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4961/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4961/2022
12.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver