Məhkəmə qərarları › İş №3(008)-4985/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4985/2022

15.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4985/2022 15.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsurullayevanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata açıq məhkəmə iclasında baxılaraq, MÜƏYYƏN ETDİ: X10 Polis Şöbəsindən daxil olmuş AP ******* saylı, 24 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs özünə məxsus “VAZ 2109” markalı, **-RY-*** dövlət qeydiyyat nişanlı avtomaşınla xx.xx.2022-ci il tarixdə, saat 23:30 radələrində Bakıxanov qəsəbəsi, N.İsmayılov prospekti ilə hərəkət edib, Ş.Kamilov küçəsi ilə kəsişmədə yolun əks tərəfinə çıxaraq manevr qaydasını pozub, həmin yerdə yolu keçən piyada X4 vurmuş və hadisə yerindən yayınmışdır. Nəticədə piyada Azər Xəlilov yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməllərindən peşmançılıq çəkdiyini bildirərək, barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X6 öz izahatında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən ona dəymiş zərərin ödənilmədiyini, onunla barışmadığını, yol-nəqliyyat hadisəsindən sonra Şəxs onunla maraqlanmadığını, hazırda da ondan şikayətçi olaraq ona dəymiş ziyanın ödənilməsini tələb etdiyini bildirərək barəsində inzibati qaydada icraat aparılan şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsin canlı şəxsin ekspertizasının 1789 nömrəli, 09 avqust 2022-ci il tarixli ekspert rəyindən görünür ki, X1 göz almasının ağli qişasında qansızma, sağ gözyuvasıətrafı və döş qəfəsi nahiyələrinin qançırları, sağ dirsək, sağ diz və sol baldır nahiyələrinin sıyrıqları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir , qərarın təsviri hissəsində göstərilən xx.xx.2022 –ci il tarixə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs X2 Bakı şəhər Sabunçu rayon Polis İdarəsində 04 avqust 2022-ci il tarixdə verdiyi izahatdan görünür ki, o, 03 avqust 2022-ci il tarixdə, təxminən saat 23:30 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi N.İsmayılov prospekti ilə Ş.Kamilov küçəsinin kəsişməsində yolu piyada keçərkən anidən gümüşü rəngli Vaz markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil, Bakıxanov qəsəbəsindən üzü Qaraçuxur istiqamətində N.İsmayılov prospekti ilə hərəkət edən avtomobil qarşı yola çıxıb yüksək sürətlə hərəkətdə olarkən avtomobil sol arxa qapı hissəsi ilə onu vuraraq xəsarət yetirib, sürücü hadisə yerində dayanmayaraq hadisə yerindən yayınmışdır. Hadisə zamanı orada olan sakinlər ona yaxınlaşaraq köməklik edərək TTYS-nın vasitəsi ilə onu 3 saylı SKT-ya apararaq ilkin yardım göstərmişlər. Bundan sonra O, DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Yol-Nəqliyyat hadisəsini törətmiş şəxs, Şəxs Sabunçu rayon Polis İdarəsində 09 avqust 2022-ci tarixdə verdiyi izahatdan görünür ki, o, özünə məxsus vaz 2109 markalı, ** RY *** dövlət qeydiyyat nişanlı avtomobili BC dərəcəli sürücülük vəsiqəsinə əsasən idarə edir. 03 avqust 2022-ci il tarixdə, təxminən saat 23 radələrində qeyd olunan avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nizam İsmayılov prospekti ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində təxminən 30-40 km saat sürətlə hərəkətdə olarkən X7 kəsişməsində anidən, təxminən 3-4 metr məsafədə hərəkətdə olduğu yolun sol hissəsindən sağ hissəsinə keçən piyadanı gördükdə avtomobili sağa doğru istiqamətləndirsə də, idarə etdiyi avtomobilin sol arxa qapı hissəsi ilə piyadanı vuraraq yol nəqliyyat hadisəsini törədib və hadisə zamanı qorxaraq hadisə yerində dayanmayıb çıxıb getmişdir. “Yol-Nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə 04 avqust 2022-ci il tarixli protokoldan” görünür ki, yol-nəqliyyat hadisəsi Sabunçu rayon, Balaxanı qəsəbəsi, N.İsmayılov prospektində baş vermişdir. «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 20 avqust 2022-ci il tarixli qərarla X2 yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddəsi ilə inzabati tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərar Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsi ilə Sabunçu rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı və yuxarıda sadalanan çoxsaylı sübutlarla öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinməli, AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ona AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası daxilində AR İXM-nin 31.4-cü maddəsi nəzərə alınmaqla nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə təqsirli bilinsin, AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə 03 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar