Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4987/2024 02.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəşisi Vəkil iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, subay, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, ev 78, mənzil 17 ünnanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.3. və 333.1ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən daxil olmuş 06 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, PORSCHE CAYENNE minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:56 radələrində təhlükəsizlik kəmərindən istifadə etməyərək, əməkdaşın nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.3. və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 10:56 radələrində etibarnamə ilə idarə etdiyi PORSCHE CAYENNE markalı **-FG-*** nömrəli avtomobili Pirşağı dairəsində hərəkətdə olan zaman təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün yol polisi tərəfindən saxla işarəsi verilmişdir. Tələsdiyi üçün tabe olmayaraq hərəkətinə davam etmişdir. Daha sonra polis əməkdaşları onu saxlamışdır. Sərxoşluq vəziyyəti alkotester vasitəsilə yoxlanılmış, həmin vaxt spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Lakin o, 06 iyul 2024-cü il tarixli 2/36533 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunu məhkəməyə təqdim edərək spirtli içki qəbul etmədəyini bildirmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişidr ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:56 radələrində PORSCHE CAYENNE markalı **-FG-*** nömrəli avtomobil idarə edərkən polis əməkdaşları tərəfindən saxlanılmış, sərxoşluq vəziyyəti alkotester vasitəsilə yoxlanılmış, həmin vaxt spirtli içki qəbul etdiyi müəyyən olunmuşdur. Lakin Şəxs həmin tarixdə spirtli içki qəbul etməmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 iyul 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, PORSCHE CAYENNE minik markalı **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:56 radələrində təhlükəsizlik kəmərindən istifadə etməyərək, əməkdaşın nəqliyyat vasitəsini saxlamaq tələbini yerinə yetirməmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 327.3. və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; xx.xx.2024-cü il tarixli, 93004430 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqolun miqdarı 0,389 promil müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir; 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs özünü qismən təqsirli bilərək həmin günü içkili olmadığını göstərmişdir. Məhkəmə onun bu ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Belə ki, xx.xx.2024-cü il tarixli, 93004430 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs alkoqolun miqdarı 0,389 promil müəyyən olunmuşdur. Həmçinin, Şəxs xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatında təqsirini etiraf edərək protokolu imzalamışdır. Beləliklə,Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələri ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddədə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, İXM-nin 43.1-ci maddəsinə əsasən rayon(şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətaların dairəsində İXM-nin 329.1 və 327.3-cü maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanı törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməli, İXM-nin 329.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs İXM-nin 329.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material əməlinə qiymət verilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4987/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4987/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver