Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4992/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Əmvərlinin katibliyi, X1 və müdafiəçisi Bakı şəhəri 09 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, X2 Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayəti müdafiə edərək göstərmişdir ki, törədilməsi ona istinad olunan inzibati xətaya dair inzibati tənbeh vermə haqqında qərarda hər hansı sübuta istinad olunmamış, onun izahatı göstərlməmişdir Bununla yanaşı göstərilən inzibati xəta ilə bağlı işlərə baxmaq səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısına əsasən polis orqanların deyil, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Buna baxmayaraq polis orqanı səlahiyyəti olmadığı halda inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Bu səbəbdən də həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X3 heyvanlarla rəhmsiz rəftar etdiyindən onun barəsində AR İXM-nin 274-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 AR İXM-nin 274-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati material Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2015-ci il tarixli, 7951 nömrəli “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Fərmanının 5.11-ci bəndinə əsasən AR İXM-nin 228,230, 234, 236 - 242, 243.0.2, 243.0.3, 243.0.5, 243.0.6, 243.0.8, 243.0.9, 244 (meşə fondu torpaqlarına aid hissəsində), 253, 253-1.2 - 253-1.4, 254 - 261, 264.0.1, 264.0.4, 264.0.6, 264.0.7, 266.1, 266.2, 266.5–266.13, 269, 271, 273, 274,275.1 – 275.3, 291, 292 və 541-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi baxır. Göründüyü kimi, müvafiq Fərmanla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati xətalar haqqında işlər üzrə işlər baxmaq səlahiyyəti AR Daxili İşlər Nazirliyinə deyil, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.5-2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, X3 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, inzibati tənbeh vermə haqqında Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli qərar səlahiyyəti olmayan şəxs (orqan) tərəfindən qəbul edildiyindən həmin qərar ləğv edilməli, inzibati materiallar səlahiyyətli orqana təqdim edilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsi tərəfindən qəbul edilmiş 26 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati materiallar aidiyyəti üzrə səlahiyyəti olan orqana- Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-4992/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4992/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver