Məhkəmə qərarları › İş №3(008)-4993/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4993/2023

18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4993/2023 18.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, X1 iştirakları ilə, X2 Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, bildirirəm ki, xx.xx.2023-cü il tarixdə, saat 14:36-da, ünvan 1 ünvanında, yol başlancığı və sonunda “Yol hərəkəti haqqında Qanun” 3.27-ci nişanı olmadan, DYPİ- nin əməkdaşı tərəfindən dayanma və ya durma qaydalarını pozduğuma görə, İXM-nin 346.1 -cı maddəsinə əsasən, EQ15730594 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bununla bağlı bildirmək istəyirəm ki, 3.27-ci nişanı olmadan, DYPl-nin əməkdaşı səki kənarında olan avtomobilimi şəkilini qanunvericiliyə zidd olaraq (yəni, dayanma və ya durma qaydalarını pozan nəqliyyat vasitəsinin çəkliş qaydasım pozaraq) inzibati tənbeh tədbiq etmişdir. Belə ki, Gəncə şəhəri, M.P.Vaqif küçəsinin başlancığından sonuna dək, 3.27-ci nişanı mövcut deyil. Buna dair tərəfimdən səki kənarı yol boyu çəkilmiş foto şəkkilər əlavə olunur şikayətə. Həmin küçədə 3.27-ci nişanı olmamasına baxmayaq, DYPl-nin əməkdaşı qanunsuz olaraq nəqliyyat vasitəmin şəkilini çəkərək məni cərimələmişdir. Həmçinin bildirirəm ki, DYPl-nin əməkdaşı iki ədəd mənim nəqliyyat vasitəmin foto şəkilini çəkmiş, lakin həmin yolda 3.27-ci nişanın olmasını təstiq edən foto şəkilini çəkməmişdir. Bu da onu göstərir ki, DYPl-nin əməkdaşının qanunvericiliyin tələblərini kobudcasına pozmuşdur. Qəbul olunmuş inzibati cərimədən xx.xx.2023-cü il tarixdə, tərəfindən “asanpay elektron” kabinet vasitəsi ilə elektron qaydada şikayət verilmişdir. xx.xx.2023-cü il tarixdə, Baş X7 İdarəsi tərəfindən elektronpoçtuna cavab olaraq bildirilmişdir ki, “Vət.X2 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş X7 idarəsinə ünvanladığı müraciəti araşdırılaraq müvafiq tədbir görülməsi üçün Gəncə ŞBPl-nin rəis müavini, polis polkovniki cənab Əhməd Cəlilova" göndərilmişdir. Daha sonra, Gəncə Şəhər Baş Polis idarəsinin 1-ci Polis Şöbəsinin rəisi Ələddin Musayev xx.xx.2023-cü il tarixli məktubla şikayətinə cavab olaraq bildirmişdir ki, “sizin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DİN-in BDYP-yə etmiş olduğunuz müraciət əsasında Gəncə şəhəri 1-ci Polis Şöbəsində araşdırma aparılmışdır. DYPQ-nin isnpektoru tərəfindən tərtib edilmiş protokol qanuna müvafiq olduğundan toplanmış materialın 1-ci PŞ-nin dəftərxanasında işə alınmışdır. Protokoldan narazı olduğunuz halda qanunla nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana və ya məhkəməyə müraciət etmək hüququnuz var” kimi qeyd olunmuşdur. Göstərilənləri nəzərə alaraq Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında X4 şikayət ərizəsini müdafiə edərək Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Gəncə şəhər X7 idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə Gəncə şəhər X7 idarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 **-DK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respubikası Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində 20 (iyirmi) manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, hazırda şikayətçi tərəfindən mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərar ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan görünür ki, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs tərəfindən imzalanmamış, sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. X6 barəsində Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Hadisədən sonra tərtib edilmiş protokolda xətanın faktiki nədən ibarət olması belə göstərilməmişdir, hansı xətanı törətdiyi və bunu hansı sübutla müəyyən edildiyi protokolda göstərilməmişdir. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X5 şikayəti qismən təmin edilməli, Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər DYPİ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X5 şikayəti qismən təmin edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339-1.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Gəncə şəhər X7 idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli EQ seriyalı 15730594 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər X7 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar