Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4994/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Sabunçu rayon DYPŞ-nin polis kapitanı X5 İnzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli Qərarı ilə mənə əsassız olaraq AR İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə yazılmışdır. Qeyd olunan maddəyə əsasən, barəsində 60 AZN cərimə tədbiq olunması əsassızdır. Ona görə ki, o, inzibati xətanı törətməmişdir Belə ki, bildirir ki, xx.xx.2023-cii il tarixdə saat 14:00 radələrində ona məxsus Toyota markalı 90NV650 dövlət qeydiyyat nişanlı avtomobillə Bakıxanov qəsəbəsi O.Əfəndiyev küçəsində icazəli yerdən sola dönmə əməliyyatını əminliklə heç bir nəqliyyat vasitəsinin olmadığını dəqiqləşdirdikdən sonra manevir dönməsini yerinə yetirdikdə qarşı istiqamətdə hərəkətdə olan “CHEVROLET SONİC” markalı 77CT567 dövlət qeydiyyat nişanlı avtomobil həmin yolda saatda 60 km olduğu halda təxminən 100 km surətlə işıqforun qırmızı işığından keçərək onun idarə etdiyi avtomobilin sağ krılosundan ağır zərbə vurmuşdur. Hadisə zamanı onun halı pisləşmiş klinik şok keçirməsi nəticəsində hadisə yerinə təcili tibbi yardım gəlmiş və onu oradan Sabunçu rayon 3 saylı xəstəxanaya aparmışlar. Orada növbə çox olduğundan müayinəyə düşə bilməmiş və halının pis olması səbəbindən evə gətirmişlər. Evə gəldikdən sonra aldığı zərbədən davamlı olaraq ürək bulanma, qusma, və onurğasında sürüşmə olma səbəbindən ayaqlarında və əllərində hərəkətsiz vəziyyət yaranmış və eyni zamanda mədədə böyük ölçüdə qirija yaranmasına səbəb olmuşdur. Bu xəsarətlərlə bağlı Sabunçu rayonu ekspertizası məsuliyyətli şəxs Elçin müəllimə təqdim etməyinə baxmayaraq iş materiallarında bu öz əksini tapmamışdır. Hadisə nəticəsində onun avtomobilinə 3000 (üç min) manat maddi ziyan dəymişdir. Hadisə yerinə gələn Sabunçu RPİ DYP-nin baş inispektoru polis kapitanı Sahib Mirzəyev hadisəni obyektiv araşdırmamış hadisənin onun təqsiri olması barədə İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində İXP ******* saylı protokol tərtib etmişdir. Protokol tərtib olunarkən o, inspektor Sahib Mirzəyevədən xahiş etmişdir ki, qarşı tərəfin avtomobilinin yüksək surəti və tormuz izi araşdırılsın lakin o, bildirmişdir ki, bu yolda o 150-200 km saatla da hərəkət edə bilər. O, bildirmişdir ki, bu yolda surətin heç bir əhəmiyyəti yoxdur, mən məsələni Milli Məclisdə qaldıracam ki, bu yolda surət həddi 120 yox lap 200 km olsun. O, buna irad bildirsə də o öz fikrində qaldı. Eyni zamanda qeyd etmək istəyir ki, polis inispektoru Sahib Mirzəyev nə onun nədə ki, qarşı tərəfin alkaqollu içkidən, narkotik vasitələrdən, pisixatrop və digər güçlü təsir edən maddələrdən istifadə edib edilməməsi ilə bağlı hər hansı bir müayinə aparılmamşdır. Bu hadisə yaxınlıqda olan video kamera görüntülərə düşmüşdür. Bildirir ki, o protokolla və qərarla razı deyil, inzibati xətanı o törətməmişdir. Hadisə olan zaman yaxınlıqda avtomobillərin təmir yerinin qarşısında olan vətəndaşların şahidliyi ilə və orada olan obyekt və evin kamerasında hadisənin baş verməsi yazılmışdır. Tərəfindən dəfələrlə təhqiqatçıdan xahiş etmişdir ki, orada olan obyekt və evin kameralarından silinməmiş görüntüləri götürüsün. Lakin təəsüf ki, bu edilməmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş İXP ******* saylı protokol və inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli Qərarı qanunsuz və əsassızdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən hadisənin tam obyektiv araşdırılaraq hüquqi qiymət veriməsi ücün həmin ərazidə olan müşahidə kamera video görüntülərinin götürülməsini və iş materiallarına əlavə edilməsinin xahiş edir. Belə olan halda 60 AZN məbləğində carimələməyi nəyə əsaslanmışdır. Qeyd edir ki, protokol və qərarın surəti ona təqdim edilməmiş, onun izahatı alınmamış və protokolla tanış edilməmişdir. Bu barədə hər hansı bir bildiriş və sms gəlməmişdir. Ona görə də hesab edir ki, qanunsuz olaraq inzibati məsuliyyətə cəlb edildiyimndən barəsində qəbul olunmuş Qərar əsassız olduğundan ləğv edilməlidir. Odur ki, Sabunçu rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz hesab edərək ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, ümumiyyətlə heç bir qayda pozuntusuna yol verməmiş, Sabunçu rayon DYPŞ tərəfindən barəsində qanunsuz və əsassız olaraq qərar qəbul edilmişdir, Sabunçu rayon DYPŞ onun iştirakını təmin etməmiş, heç bir araşdırma aparmayaraq qərar qəbul etmişdir. Odur ki, xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 14:00-da Sabunçu RPİ DYPŞ tərəfindən “TOYOTA YARİŞ” minik markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda M.Vəliyevanın yolayrıcını keçmə qaydalarının pozulması göstərilmiş və o, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Beləliklə qərara əsasən M.Əliyev nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 14:00-da Sabunçu RPİ DYPŞ tərəfindən “TOYOTA YARİŞ” minik markalı, **-NV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması əsas gətirərək, Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 60 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə iclasında X6 heç bir qayda pozuntusuna yol vermədiyini, onun iştirakı təmin edilmədən protokol tərtib olunduğunu, onun məlumatsız olduğunu göstərmişdir. Beləliklə, X4 barəsində qəbul edilmiş 13. xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Sabunçu rayon DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabunçu RPİ DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Sabunçu RPİ DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-4994/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4994/2023
25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver