Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-4994/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, X1 iştirakı ilə, X3 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki,xx.xx.2024-cü il tarixdə YPX xidmətinin əməkdaşı Zabrat-Maştağa yolunda Zabrat aeroportuna dönən yerdə ağacın arxasında gizlənib çəkiliş edib. Zabrat aeroportuna 50 metr qalmış 50 km/saat sürət nişanı var. YPX əməkdaşlarından 100 metr sonra radar nişanı var. YPX əməkdaşı radar nşanından qabaq durub çəkiliş edərək 200 manat, 3 bal cərimə etmişdir. Halbuki o, radar nişanına çatanda sürəti artıq 50 olmuşdur. YPX əməkdaşı isə 95 km/saat sürətlə hərəkət etdiyini qeyd etmişdir. Halbuki DİN kollegiyasının N Q25-001-17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarına əsasən YPX avtomobillərini görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və.s) arxasında yerləşdirməsi qadağandır. YPX əməkdaşı qeyd edilən qərarın tələbini pozaraq çəkiliş etmişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Baş Dövlət Yol Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq protokol tərtib etmiş Baş Dövlət Yol Polis İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz yerləşdirərək X3 şikayət ərizəsi ilə razılaşmdığını qeyd edərək bildirmişdir ki, Yol Patrul Xidməti haqqında Təlimatın 8.1-ci bəndinə əsasən X6 yol hərəkətinə nəzarəti həyata keçirməyə səlahiyyətli əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə qanunvericiliklə nəzərdə tutulmuş yol hərəkəti qaydaları, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə edilməsi qaydaları əleyhinə olan inzbati xəta aşkar edildikdə xüsusi texniki vasitələrin məlumatları real vaxt rejimində elektron formada birbaşa BDYPİ-nin X2 ötürülür. Göründüyü kimi YPX əməkdaşı patrul avtomobilini yolun hərəkət hissəsinin kənarında saxlayaraq qayda pozuntularını avtomobildə olan Epatrol xüsusi texniki vasitə ilə aşkar edərək AR DİN BDYPİ-nin X2 inteqrasiya etmişdir. Həmçinin EQ 20233815 nömrəli elektron qərardan müəyyən olunur ki, E-patrol markalı xüsusi texniki vasitə xx.xx.2024-cü il tarixdə dövlət yoxlamasından keçirilmiş, növbəti dövlət yoxlması xx.xx.2025-ci ildə keçirilməs təsbit edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:31-də Bakı şəhəri Balaxanı neft yaşayış sahəsi 100 ünvanında idarə etdiyi “Mercedes Benz E 220” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolda müəyyən edilmiş hərəkət sürətini 45 km/saat həddində aşılması öz təsdiqini tapmışdır. Ona görə də hesab edirlər ki, Elşən Məmmədovun şikayətində göstərdikləri hallar qərarın ləğv olunması üçün əsas hesab oluna bilməz. Ona görə şikayətin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə şikayətçinin izahatını, şikayət ərizəsini, inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın nümayəndəsinin etirazını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X5 həmin tarixdə Bakı Balaxanı neft yaşayış sahəsində idarə “Mercedes Benz E 220” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolda müəyyən olunmuş hərəkət sürətini 45 km/saat həddində aşdığına görə Azərbaycan Respublikası İXM-nin 328.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirləndirilərək 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir; Elektron qərarın əlavəsi olan fotoşəkillərdən də görünür ki, “Mercedes Benz E 220” minik markalı, **-VM-*** dövlət qeydiyyat nişanlı avtomobil ərazidəki sürət limiti 50 km/saat olduğu halda faktiki olaraq 95 km/saat sürətlə avtomobili idarə etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati tənbeh vermə haqqında elektron qərarda göstərilən hallar öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X3 barəsində xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilərək və qiymət verilərək qəbul edilmişdir. Şikayətçinin YPX əməkdaşının çəkilişi ağacın arxasında gizlənərək çəkməsinə dair mövqeyi ilə bağlı məhkəmə qeyd edir ki, elektron qərarın əlavəsi olan fotoşəkillərdən də görünür ki, YPX əməkdaşı patrul avtomobilini yolun hərəkət hissəsinin kənarında saxlayaraq qayda pozuntularını avtomobildə olan xüsusi texniki vasitə ilə aşkar etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən X3 İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətada təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 barəsində Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ seriyalı 20233815 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-4994/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-4994/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver