Məhkəmə qərarları › İş №3(008)-4997/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-4997/2024

22.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-4997/2024 22.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızı, X3 Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2024-cü il tarixli, EQ seriyalı 21493147 saylı qərarının ləğv edilməsinə dair verdiyi şikayəti nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət verərək Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2024-cü il tarixli, EQ seriyalı 21493147 saylı qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayətə əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2024-cü il tarixli, EQ seriyalı 21493147 saylı qərarından görünür ki, X2 xx.xx.2024-cü il tarxində, saat 13:23-də Hava limanı yolu, Sabunçu yerüstü keçid yaxınlığı, Hava limanı istiqaməti 1 ünvanında “Mercedes Benz E270 CDİ minik” markalı, **-RT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 42 km/saat həddində aşmasına görə Azərbaycan Respublikası İnzibati Xətlar Məcəlləsinin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsas gətirilərək 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Göründüyü kimi, Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2024-cü il tarixli, EQ seriyalı 21493147 saylı qərarı X2 barəsində tərtib edilmişdir. Lakin qərardan şikayət X5 tərəfindən verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göstərilənlərə əsasən X1 qərardan şikayət vermə hüququ qanunvericilikdə nəzərdə tutulmadığından, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmin qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən şikayət vermək hüququnun olması izah olunmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109, 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Baş Dövlət Yol Polisi İdarəsinin inzibati tənbeh vermə haqqında 01 iyun 2024-cü il tarixli, EQ seriyalı 21493147 saylı qərarının ləğv edilməsinə dair şikayəti X4 geri qaytarılsın. X4 xx.xx.2024-cü il tarixli qərardan barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən şikayət vermək hüququnun olması izah olunsun. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar