Məhkəmə qərarları › İş №3(008)-5003/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5003/2024

12.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5003/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənova Familə Məmməd qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi X5, Barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X3, X7 xx.xx.2024-cü il tarixdən bu günədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutula inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinin səlahiyyətli nümayəndəsi X9 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur ki, işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X3, X7 xx.xx.2024-cü il tarixdən protokol tərtib olunan tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxsin filialı barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmədən “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, qeyd olunan şəxslər ümumiyyətlə onların işçisi olmamış və şirkət tərəfindən hər hansı işin görülməsinə cəlb olunmamışlar. Bəzən olur kimsə qonaq kimi gedir, yaxud gedib yerində iş şəraiti ilə tanış olur və şərait onu qane etmədiyindən geri qayıdır. İnzibati orqan sübut etməlidir ki, həmin şəxslər şirkət tərəfindən hər hansı işin görülməsinə cəlb olunmuşlar. Ona görə də məhkəmədən “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının əməlində inzibati xəta tərkibi olmaması əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat əsasında təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, təqdim olunan materiallardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən ona istinad olunun inzibati xətanın, yəni İXM-nin 192.1-ci maddəsinin törədilməsi yalnız “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemidən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən işin düzgün həlli və mahiyyəti üzrə işə baxılması üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hüquqi şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər dəlil toplanılmamışdır. İnzibati xəta haqqında protokolda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X1, X4 həqiqətən məlumatda qeyd edilən tarixlərdə işğaldan azad olunmuş rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Məhkəmə iclasında barəsində inziabti xəta haqqında iş üzrə icraat aparılan “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi protokolda adları qeyd oluna şəxslərin ümumiyyətlə onların işçiləri olmadığını, hər hansı işə şirkət tərəfindən cəlb olunmadıqlarını bildirmişdir. Protokolda adları qeyd edilən şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Çünki, Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X3, X7 müəyyən edilərək izahatları alınmamışdır. Ümumiyyətlə həmin şəxslərin qeyd olunan ərazilərə gedibgetməmələri, orada hər hansısa işlərin görülməsinə cəlb olunub-olunmamaları araşdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən araşdırma natamam şəkildə aparılaraq yuxarıda qeyd olunan xüsusatlar araşdırılmamışdır. Məhkəmə hesab edir ki, təqdim olunmuş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından işin səlahiyyətli orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinə qaytarılmasına dair qərardad qəbul edilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Makro 2000 X2 Taahhüt İç və Dış Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X6 Xidmətinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar