Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5003/2025 18.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3921/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən alimentin miqdarı artırılaraq bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 200 manat sabit pul məbləğində aliment X5 ödənilməlidir. Bakı şəhəri 04 saylı NK 8İ-4929 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 3025 manat X4 ödənilməlidir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında bildirmişdir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona verilən suallara cavabında qeyd etmişdir ki, tələbin könüllü icrası haqqında bildirişi borclu xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, onun icra məmurunun qanuni tələblərini icra etməmək niyyəti yoxdur. Sadəcə olaraq keçən ilin iyul ayında işləmək üçün ölkə xaricinə çıxmışdır. 2024-cü ilin dekabr ayından həbsdə olduğundan və ölkəyə yenicə gəldiyindən ödəniş edə bilməmişdir. Evdə getmədən öncə müəyyən miqdarda pul saxlamış və sonuncu alimenti bu ilin fevral ayında ödəmişdir. Bugün 200 manat ödəniş edib. Digər icra vərəqəsindən yeni məlumatı olmuşdur. Tez bir zamanda həmin borc üzrə ödəniş edəcək. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Ona verilən suallara cavabında göstərmişdir ki, tələbin könüllü icrası barədə bildirişi xx.xx.2025-ci il tarixdə qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3921/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)- 2652/2018 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs tutulan alimentin miqdarı dəyişdirilərək, hər ay 200 (iki yüz) manat məbləğində müəyyən edilmiş, alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Şəxs hər ay sabit pul məbləğində tutularaq(uşaqlar yetkinlik yaşına çatanadək) X5 ödənilməsi müəyyən edilmişdir. Bakı şəhər 4 saylı Notariat Kontorunun xx.xx.2024-cü il tarixli, 8i-4929 saylı icra qeydinə əsasən Şəxs 3025 (üç min iyirmi beş) manat məbləğində pul tutulataq tələbkar X2 xeyrinə ödənilməlidir. “Borclunun axtarışı haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra olunması üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə göndərilmişdir. “İcraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” borcluya bildiriş göndərilmişdir. Qeyd edilən bildirişi Şəxs xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. 1-492418276 saylı qəbzin surətindən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 18 avqust 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, icra sənədi barədə indi, yəni xx.xx.2025-ci il tarixdə xəbəri olmuş, icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi həbsdə olması və məlumatının olmamağıdır. Tam ödəməyə imkanı yoxdur. Ölkəyə yenicə gəlmiş və iş taparaq dərhal ödəməyə başlayacaqdır. Şəxs xx.xx.2025-ci il tarixli izahatından görünür ki, qeyd olunan icra sənədi barədə xəbəri olmuşdur, icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməyinin səbəbi həbsə girməyi ilə əlaqədar olmuşdur. İcra sənədi üzrə bu günədək 1200 manat məbləğində ödəniş etmişdir. Tam ödəməyə imkanı yoxdur, aylıq hissə-hissə ödəməyə hazırdır. ABŞ-nin Lasalle Miqrasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli hakimin əmrindən görünür ki, Məhkmə cavabdehin müraciət etmək üçün bildirişdə göstərilən ittihamlar əsasında ABŞ-dan çıxarıla biləcəyini müəyyən etmişdir. Cavabdeh xaric edilmək əvəzinə yalnız könüllü getmə üçün ərizə verərək bütün şikayətlərdən imtina etmişdir. İmmiqrasiya və vətəndaşlıq aktı(İNA);240B xx.xx.2025-ci il tarixdə və ondan əvvəl hökümətə heç bir xərc tələb etmədən köçürülmə əvəzinə əvvəlcədən könüllü gediş verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və tələbkarın izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, əlavə edilmiş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişi Şəxs xx.xx.2025-ci il tarixdə imza etməklə qəbul etmişdir. Şəxsin icra sənədindən məlumatı olmamış və tələbinin ödənilməsi üçün 10 gün könüllü icra üçün vaxtı vardır. Digər icra sənədinə münasibətdə məhkəmə qeyd edir ki, aliment borcu üzrə şəxsin 1200 manat borcu yaranmış, 1-492418276 saylı qəbz üzrə Şəxs xx.xx.2025-ci il tarixdə 200 manat ödəniş etmişdir. Aslan Heydərovun izahatından və sənədlərdən müəyyən olunur ki, o, ölkə xaricində olmuş və müvafiq qərarla deport olunmuşdur. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun və tələbkarın izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, tələbkarın ərizəsi ilə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Məhkəmə icra sənədi üzrə icraatın xx.xx.2024-cü il tarixdə başlamasını, borclunun icraata başlamaq haqqında qərarı xx.xx.2025-ci il tarixdə imza edərək almasını, məhkəmə iclasında 200 manat ödəniş etməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-5003/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5003/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver