Məhkəmə qərarları › İş №3(008)-5039/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5039/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5039/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi X14, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı yaşayış sahəsindən çıxarılması qərara alınmışdır. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə Məmmədov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X15 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 etibarnamə üzrə nümayəndəsi X19 izahat verərək bildirmişdir ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 saylı, 11 aprel 2023-cü il tarixli qərardadının icrasından yayınır və hazırda Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Şəxs və onun ailə üzvləri həmin yaşayış sahəsinə zorla daxil olmuşlar. Onların həmin yaşayış sahəsinə heç bir hüququ yoxdur. Şəxs ailə üzvlərinin həmin yaşayış evindən çıxarılmalarına dair Sabunçu Rayon Məhkəməsinə müraciət olunmuşdur, hələ işə baxılması davam edir, yekun məhkəmə qərarı çıxarılmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 saylı, 11 aprel 2023-cü il tarixli qərardadına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı yaşayış sahəsindən çıxarılmışdır. Hazırda həmin yaşayış sahəsində yaşamır, həyat yoldaşı və uşağı yaşadığından arabir onlara ərzaq vermək üçün həmin yaşayış sahəsinə gedir.Onun həyat yoldaşı və uşağının çıxarılması barədə qərar yoxdur. Onun sözügedən mənzildə yaşaması şər və böhtandır, o məhkəmə qərarının icrasından yayınmamışdır.Onun həmin yaşayış sahəsində qeydiyyatsız yaşaması barədə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla razı deyil, həmin qərar onun barəsində tərtib olunmasına baxmayaraq ona deyil, qarşı tərəfə təqdim olunmuşdur. Həmin qərardan məlumatı olmamışdır. Bununla bağlı aidiyyatı qurumlara tərəfindən şikayət olunmuşdur. Göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2024/2020 saylı, xx.xx.2020 icra vərəqəsinə əsasən, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı evə köçürülsün, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun 10 manatı müştərək qaydada cavabdehlər X2 və X6 tutularaq iddiaçı Şəxs ödənilməsi, geri qalan 20 manatı isə iddiaçı Şəxs qaytarılması qət olunmuşdur; Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 saylı, 11 aprel 2023-cü il tarixli qərardadına əsasən, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)-2024/2020 saylı qətnaməsinin əsasında dönüş edilsin (Şəxs qeyd edilən yaşayış sahəsindən çıxarılması qərar alınmışdır); xx.xx.2024-cü il tarixli aktdan görünür ki, ünvan 2 11 aprel 2023-cü il tarixli qərardadına əsasən Şəxs Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci mədən küçəsi 20 saylı evə köçürülməsi ilə bağlı icra sənədi icra edilərkən sözügedən ünvanda Şəxs aşkar edilməmişdir. Həmin ünvanda aşağıda adları qeyd olunan X8, X3, X12 və X4 müəyyən edildi. Şəxs harda olması barədə onlara sual verilən zaman onlar bildirmişdirlər ki, Həsən burada yaşamır. X16 cavab olaraq bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Həsən bu ünvana gəlmişdir. Bundan sonra Şəxs məxsus olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Telefon danışığı zamanı o bildirmişdir ki, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A-da yaşamır. Hazırda küçələrdə qalır. Mübahisəli ünvanda həyat yoldaşı yaşayır. xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixli EXP ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq Şəxs AR İXM-nin 563.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində xəbərdarlıq növündə inzibati tənbeh tətbiq edilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(008)-4706/2024 saylı qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı yaşayış sahəsində yaşadığı təsdiq edilmir. Belə ki, Şəxs izahatında da qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 20A saylı evdən çıxmışdır, həmin evdə onun həyat yoldaşı X9 övladı ilə birlikdə yaşayır. Onlara baxmaq üçün həmin yaşayış sahəsinə gedib arada baş çəkir. İş materiallarında olan 24 may 2024-cü il tarixli aktlardan müəyyən edilmişdir ki, Şəxs çıxarılması üçün sözügedən ünvana getsə də o, həmin ünvanda olmamışdır. Həmin ünvanda onun həyat yoldaşı və övladı olmuşdur. ünvan 2 11 aprel 2023-cü il tarixli qərardadına əsasən isə onun ailə üzvlərinin deyil, Şəxs çıxarılması qərara alınmışdır. Göründüyü kimi, Şəxs həmin qərarın icrasından yayınmasını təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Şəxs qeydiyyatsız yaşaması barədə AR İXM-nin 563.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar şəxsin mübahisəli yaşayış sahəsində yaşamasını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, xx.xx.2024-cü il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokolda və xx.xx.2024-cü il tarixli, EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanın törədildiyi yer qeyd edilməmişdir. Yəni, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən Şəxs hansı ünvanda qeydiyyatsız yaşamasının sahə inspektoru tərəfindən müəyyən edildiyi bəlli deyil. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən həmin hərəkətləri etməsini təsdiq edən hər hansı hal öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar