Məhkəmə qərarları › İş №3(008)-5040/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5040/2024

01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5040/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Məzahir Rüstəmov küçəsi, ev 26, mənzil 17 ünvanında qeydiyyatda olan, ünvan 1ında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-dən daxil olmuş xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Nardaran qəsəbəsi, 8-ci postda yoxlama zamanı polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Nardaran qəsəbəsində 8 saylı postda olarkən polis əməkdaşları avtomobili saxlayaraq nəyə görə qəsəbəyə gəldiyini soruşmuş və avtomobili yoxlamalı olduqlarını bildirmişlər. O, isə taksi fəaliyyəti ilə məşğul olduğunu, adam götürməyə gəldiyini bildirmişdir. Maşının yük yerini onlara göstərmişdir. Daha sonra ondan şəxsiyyət vəsiqəsini istəmişlər. Bu zaman onlarla kobud danışaraq hər dəfə niyə sənəd istədiklərini, buradan dəfələrlə keçdiyini bildirmişdir. Ailədə problemləri olmuşdur. Həmin vaxt evə dərman almalı idi. Ona görə polis əməkdaşları ilə əsəbi danışmışdır. Əməlindən peşmandır. Polis əməkdaşından etdiyi hərəkətə görə üzr istəyir. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilən ƏÇPA-nın patrul bölüyü polis nəfəri, polis serjantı X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Nardaran qəsəbəsində yerləşən 8 saylı postda xidmət apararkən **-SH-*** d.q.n avtomobil qəsəbəyə daxil olmuşdur. Yaxınlaşıb özünü təqdim edərək qəsəbəyə nə üçün gəldiyini soruşmuşdur. Ona cavabında taksi fəaliyyəti ilə məşğul olduğunu və müştəri götürdüyünü bildirmişdir. Maşının yük yerinə sürücünün nəzarəti ilə baxış keçirilmişdir. Sürücüdən şəxsiyyət vəsiqəsi istənildikdə kobud şəkildə cavab verərək “bezdirmisiz adamı hər dəfə sənəd istəyirsiz” dedi. O, isə vətəndaşa normal şəkildə danışmasını bildirmişdir. Şəxsiyyətini yoxladıqda əvvəllər məhkumluğu olduğu bilindi, həmçinin ayağında da qolbağı var idi. Ondan maşının içərisində kəsici, deşici, qanunla qadağan olan hər hansı maddənin olduğunu soruşduqda maşına əyləşərək “nə var özüm bilərəm” deyib maşını gəldiyi istiqamətə sürürərək geri qayıtmışdır. Bundan sonra tərəfindən 42-ci PB-nə müraciət olunaraq həmin şəxsin, yəni Şəxs barəsində qanunauyğun tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PŞ-dən daxil olmuş xx.xx.2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Nardaran qəsəbəsi, 8-ci postda yoxlama zamanı polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materiallarında olan ƏÇPA 8 p/b polis nəfərləri tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:00-da Nardaran qəsəbəsində yerləşən 8 saylı postda xidmət apararkən **-SH-*** d.q.n avtomobil qəsəbəyə daxil olmuşdur. Yaxınlaşıb özlərini təqdim edərək qəsəbəyə nə üçün gəldiyini soruşmuşlar. Onlara cavabında taksi fəaliyyəti ilə məşğul olduğunu və müştəri götürdüyünü bildirmişdir. Maşının yük yerinə sürücünün nəzarəti ilə baxış keçirilmişdir. Sürücüdən şəxsiyyət vəsiqəsi istənildikdə kobud şəkildə cavab verərək “bezdirmisiz adamı hər dəfə sənəd istəyirsiz” demişdir. Onlar isə vətəndaşa normal şəkildə danışmasını bildirərək şəxsiyyətini yoxladıqda əvvəllər məhkumluğu olduğu bilinmişdir. Ondan maşının içərisində kəsici, deşici, qanunla qadağan olan hər hansı maddənin olduğu soruşulduqda maşına əyləşərək “nə var özüm bilərəm” deyib maşını gəldiyi istiqamətə sürürərək geri qayıtmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, şahidin izahatı, inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 26.07. 2024-cü il tarixdə polis əməkdaşının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Mahmudov X3 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Mahmudov X3 həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirini tətbiq etməklə inzibati tənbehin məqsədlərinə çatmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar