Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5042/2024 01.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X8 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ceyhun Məmmədovun iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fəhləliklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlədərək, polis əməkdaşalrınınn qanuni tələblərinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, 31 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində Maştağa qəsəbəsi, Daş Karxanasında “Al” marketdən çıxan zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Onlar həmin zaman içkili olmuşlar. Polis əməkdaşları onlardan niyə mübahisə etdiklərini soruşduqda onlarla da mübahisə etməyə başlamışlar. Polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. X7 dəvət etdiklərində polis əməkdaşlarına tabesizlik göstərmişdirlər. Daha sonra onları 14-cü Polis Şöbəsinə gətirmişlər. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru Ceyhun Məmmədov izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlədərək, polis əməkdaşalrınınn qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 izahatında göstərdi ki, 31 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində inzibati ərazidə xidmətdə olarkən X4 iki nəfər vətəndaşın mübahisə etdiyini görmüş və ərazidə xidmət aparan ÇPA əməkdaşlarını həmin hadisə yerinə dəvət etmiş, onlara yaxınlaşdıqda isə polisin qanuni tələblərinə tabe olmamışdırlar. Çətinliklə də olsa onlar 14-cü Polis Şöbəsinə gətirilib təhvil verilmişdir. Orada söyüş söyənlər olmuş, konkret olaraq Şəxs söyüb-söymədiyini bilmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 01 avqust 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 00:30 radələrində Maştağa qəsəbəsi, Daş Karxanası ünvanında polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sabunçu RPİ-nin DYPŞ-nin YPX-nin inspektoru, polis baş serjantları X2 və X5 tərəfindən tərtib edilmiş 01 avqust 2024-cü il tarixli raportdan görünür ki, 31 iyul 2024-cü il tarixdə saat 00:30 radələrində inzibati ərazidə xidmətdə olarkən X4 iki nəfər vətəndaşın mübahisə etdiyini gördük və ərazidə xidmət aparan ÇPA əməkdaşlarını həmin hadisə yerinə dəvət etmiş, onlara yaxınlaşdıqda isə polisin qanuni tələblərinə tabe olmamışdırlar. Çətinliklə də olsa onlar 14-cü Polis Şöbəsinə gətirilib təhvil verilmişdir. Sabunçu RPİ-nin 14-cü PŞ-nin məsul növbətçi əvəzi polis mayoru Əlibala Məlikəliyev tərəfindən tərib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs Polis Şöbəsinə gətirilərkən sol gözünün yan tərəfinin şişləri və sol çiynində sıyrıntı xəsarəti aşkar olunmuşdur. Vətəndaş Şəxs PŞ-nə gətirilməmişdən öncə sərxoş olduğunu, başını divara vurmasının və yığıdığını bildirmişdir; İnzibati qaydada tutma haqqında 31 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 31 iyul 2024-cü il tarixdə saat 00:45-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmiş, bununla da, Ömərov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokolda Şəxs 31 iyul 2024-cü il tarixdə X10 əməkdaşlarının qanuni tələblərini pozaraq tabesizlik göstərdiyi, lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsindən bəhs etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından, şahidlərin məhkəmə iclasında vermiş olduğu izahatlarından Şəxs polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətmədiyi müəyyən edilmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Ömərov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5042/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5042/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver