Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-505/2021 08.02.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon Polis İdarəsindən daxil olmuş materiala Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində özünə məxsus “Mitsubishi Pajero minik” markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan Maştağa qəsəbəsində idarə edərkən sağdan sola manevr edib sola dönərkən solda düzünə hərəkət edən “Ravon” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq maddi ziyan yetirmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədərək, barəsində xx xxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib Bakı şəhər Sabunçu rayon Polis İdarəsinə, barəsində inzibati xəta haqqında protokol tərtib edilən şəxs Şəxs və zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat versədə, tərəflər məhkəməyə gəlməməsinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola baxaraq belə belə nəticəyə gəlir ki, Şəxs tərəfindən ona istinad olunan inzibati xətanın törədilməsi məhkəmə araşdırması zamanı sübut olunmur. Belə ki, iş materiallarından görünür ki, Şəxs barəsində Bakı şəhər Sabunçu rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsinin inspektoru X1 tərəfindən protokol tərtib edilmiş və onun əməli Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi (nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) ilə tövsif edilmişdir. Lakin məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 332.4-cü maddəsi ilə nəzərədə tutulmuş yəni, nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə maddi zərər vurulması və ya sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə dair sübutlar iş materiallarına əlavə edilməmiş, xx.xx.2020-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarında sübutlar Bakı şəhər Sabunçu rayon Polis İdarəsi Dövlət Yol Polis Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində inzibati xətanın tərkibi yoxdur və başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə şəxsin hərəkətində inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs hərəkətlərində inzibati xətanın tərkibi olmadığından Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-505/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-505/2021
08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver