Məhkəmə qərarları › İş №3(008)-5056/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5056/2024

03.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5056/2024 03.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Fərəcova Nigar Zeyni qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsinin polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü Polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə olunmuş materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:25 radələrində Şəxs bir nəfər şəxslə mübahisə etməsini görən PPXB-nin əməkdaşları mübahisəni dayandırmasını, polis şöbəsinə dəvət edilməsini bildirsələr də, o, buna məhəl qoymayaraq, polisin qanuni tələblərinə əməl etməmiş, polisə müqavimət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edilən 13-cü Polis şöbəsinin polis sahə rəisi X2 protokolu müdafiə edərək izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 00:25 radələrində PPXB-nin əməkdaşları taksi sürücüsü ilə mübahisə edən Şəxs yaxınlaşmışlar.O, içkili olmuş, sifariş verdiyi taksi sürücüsü gec gəldiyi üçün imtina etmiş, daha sonra həmin taksidən onu istədiyi ünvana aparmağını bildirsə də, taksi sürücüsü imtina etdiyi üçün aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə, bundan imtina etmişdir. Etirazına baxmayaraq, polis əməkdaşları Şəxs 13-cü Polis şöbəsinə gətirmişlər. Bununla əlaqədar onun barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qeyd olunan hadisə ilə bağlı Şəxs barəsində tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək bildirdi ki, içkili olmuş, xx.xx.2024-cü il tarixdə evinə getmək üçün taksi sifariş vermiş, lakin taksi gec gəldiyi üçün ondan imtina etmişdir. Daha sonra taksi gəldiyi üçün əyləşərək onu evinə aparmağını bildirsə də, taksi sürücüsü aparmaqdan imtina etdiyi üçün aralarında mübahisə yaranmışdır. Polis əməkdaşları yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər, o isə polis şöbəsinə getmək istəmədiyini, içkili olduğu üçün evinə getmək istədiyini bildirmişdir. Daha sonra polis əməkdaşarı onu 13-cü polis şöbəsinə aparmışlar. O, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün toplanmış sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici ifadəsi və iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, Şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal hesab edir. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar