Məhkəmə qərarları › İş №3(008)-5067/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5067/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5067/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X11 qızının katibliyi ilə, xx xxxx 1992-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı ş, Nərimanov rayonu, Kral Hüseyn küçəsi, ev 64AB-də qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 26 iyul 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar əsasında toplanmış materiala Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə Bakı şəhəri Sabunçu rayon prokuroru baş ədliyyə müşaviri İbrahim Ləmbəranskinin 26 iyul 2024-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul edirərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, "X1" MMC-nin direktoru Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu, Nardaran kəndi, 30-cu dalanda yerləşən "Azərişıq” ASC-nin yarımstansiyasının tikintisi zamanı yarımstansiyanın dəmir qapılarının hazırlanması və quraşdırılması işlərini "Azərelektrik tikinti” MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilə əsasında görən “X1” MMC-nin qaynaqçısı X8 tərəfindən dəmir qapıların qoyulması zamanı sonuncunu əməyin mühafizəsinə dair təlimatlandırmadan və biliklərini yoxlanılması təşkil edilmədən işlərin görülməsinə buraxdığına görə, “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili Ümumi tələblər 12.0.004-90 Dövlət standartının 1.1, 1.2 və 4.4-cü bəndlərinin tələblərini pozması nəticəsində ehtiyatsızlıqdan qaynaqçı Rüstəm Kərimovun sağlamlığına AZ AĞİR zərər vurulmuşdur. Belə ki, iş materiallarına əsasən xx.xx.1988-ci il tarixdə Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan X5 izahatında göstərmişdir ki, işə başlamamışdan əvvəl heç kim ona təlimatlandırma keçməmiş və bu barədə heç bir yerə imza atmamışdır. O, işə iki mərtəbəli olan yarımstansiyanın ikinci mərtəbəsində başlayıb kranın yuxarı qaldırdığı dörd ədəd çərçivənin üçünü sol divara söykəyib sonuncunu sağ tərəfə qoymaq istəyəndə üzəri diklə örtülü olan, təxminən 7-8 metr dərinliyi olan boşluqdan yerəyıxılmış və nəticədə xəsarət almışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixində Kərimov Rüstəmin iş yoldaşı Ramil Elyasovla təmir qapılarını quraşdırmaq üçün eyvandan götürüb otağa aparanda arxası üstə hərəkət edən zaman əvvəlcədən ona deyilməyən və məlumatının olmadan kabel şaxtasından arxası üstə birinci mərtəbəyə yıxılmış və daha sonra olanlardan xəbəri olmamışdır. Həmin kabel şaxtasında və onun qarşısında xəbərdaredici nişan və lövhə olmamışdır. Hadisənin baş verdiyi şaxtanın Rüstəm Kərimov yıxılan hissəsindən düşdüyü yerə qədər olan məsafə 7,06 metrdir. Belə ki, hadisənin baş verdiyi şaxta boşluğu mühafizə olunmamışdır. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyi” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 29 aprel 2024-cü il tarixli 954 saylı rəyindən görünür ki:vət. X2 baş beyin silkələnməsi, ağciyərlərin kontuziyası ilə müşayiət olunan sol İ, İV, V və Vİ qabırğaların yerini az dəyişən qapalı sınıqları müəyyən edildi. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraidə hündürlüyündən yıxılması nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin13 may 2024cü il tarixli, 3-16-16/2-10/2810 nömrəli Ekspert rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Tikinti norma və qaydaları İİİ-4-80. 4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1, 2.2 bəndlərinin və “İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı”nın 1.1, 1.2, 4.4 bəndlərinin tələbləri pozulmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"nda olan “iş icraçısının əmək funksiyası”nın tələblərinə əsaslanaraq, Sabunçu rayonu, Nardaran kəndi, 30-cu dalanda yerləşən "xxxx" ASC-yə məxsus binanın 2-ci mərtəbəsində yerləşən 7 metr dərinliyində olan kabel xətlərinin şaxtasının ətrafının təhlükəsizlik nişanları və müəyyən edilmiş formada yazılar ilə nişanlanmasını təmin etmədiyinə görə, “Tikinti norma və qaydaları İİİ-4-80.4-cü fəsil. Tikintidə təhlükəsizlik texnikası qaydaları”nın 2.1, 2.2 bəndlərinin tələbləri təqdim olunmuş materiallarda olan 23 yanvar 2023-cü il tarixli AET-SMT-001/23 nömrəli subpodrat müqaviləsinə əsasən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına və normalarına riayət edilməsini öz öhdəsinə götürmüş "xxxx" MMC-nin iş icraçısı tərəfindən pozulmuşdur (konkret şəxs istintaq tərəfindən müəyyən edilə bilər). X5 əməyin mühafizəsinə dair təlimatlandırılmadan və biliklərinin yoxlanılması təşkil edilmədən işlərin görülməsinə buraxıldığına görə, «İşçilərin əməyin mühafizəsi üzrə təlimatının təşkili. Ümumi tələblər 12.0.004-90 Dövlət standartı”nın 1.1, 1.2, 4.4 bəndlərinin tələbləri "X6" MMC-nin direktoru tərəfindən pozulmuşdur. İş materiallarında olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 15 may 2024-cü il tarixli qərardan görünür ki, X3 xəsarət alması ilə bağlı araşdırılan material üzrə cinyaət hadisəsi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, "xxxx" MMC-nin sabiq lahiyə üzrə icraçısı X7 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta iş üzrə icraat başlanılmış, “X1” MMC-nin direktoru Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərar qəbul etmiş etmiş orqana və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, Sabunçu rayon prokurorluğunun nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. Məhkəmə işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji-Anatomiya Birliyi” Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin 29 aprel 2024-cü il tarixli 954 saylı rəyi, iş materiallarında olan izahatlar və digər sənədlər ilə tam təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, vəziyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar