Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5077/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabuçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, AP № ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə “Renalt Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnaməsiz idarə edən Şəxs Ramana qəsəbəsi, E.Məhhərmli küçəsi ilə hərəkətdə olarkən düzgün ara məsafəsi saxlamayıb, qarşısındakı “Vaz 2107” markalı, **-LG-*** d.q.n avtomobilin arxa sol hissəsindən vurub toqquşmuş, sonra idarəetməni itirib, qarşıdan gələn “Opel Vita” markalı, **-NL-*** d.q.n avtomobilə çırpılmışdır. Eyni zamanda “Vaz- 2107” markalı avtomobil zərbədən qarşısında dayanmış vəziyyətdə olan “Qaz-3302” markalı, **-BH-*** d.q.n avtomobilin arxa hissəsinə çırpılmışdır. X1 və X3 yüngül bədən xəsarəti almışlar. Protokolun TŞ-nin HK-497 saylı material əsasında tərtib olunduğu qeyd edilmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. İş materillarında olan inzibati xəta haqqında protokol, hadisə yerinin sxemi tərəflərin izahatlarına uyğun tərtib olunmamışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında idarə etdiyi “Renalt Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gülçülük sovxozu istiqamətində hərəkətdə olarkən onunla eyni istiqamətdə olan qarşısında hərəkət edən avtomobili ötmək istəyərkən həmin avtomobil qəfil sol tərəfə hərəkət etmiş və nəticədə həmin avtomobil ilə toqquşmuşdur, bunun nəticəsində idarə etməni itirərək qarşıdan hərəkət edən “Opel Vita” markalı avtomobil ilə toqquşmuş, “Vaz 2107” markalı avtomobil isə “Yaşıl market”in qarşısında dayanmış qazel markalı avtomobilin arxa hissəsinə dəymişdir. “Vaz 2107” markalı **-LG-*** d.q.n avtomobilin sürücüsü X4 isə izahatında bildirmişdir ki, “Renalt Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ötmə əməliyyatı edərkən qarşıdan gələn “Opel Vita” markalı avtomobillə toqquşub sonra onun idarə etdiyi avtomobili vurmuş və nəticədə o da “Yaşıl market”in qarşısında dayanmış qazel markalı avtomobili vurmuşdur. Eyni məzmunlu izahatı“Qaz-3302” markalı, **-BH-*** d.q.n avtomobilin sürücüsü X5 və “Opel Vita” markalı, **-NL-*** d.q.n avtomobilin sürücüsü X2 da bildirmişdir. Hadisə yerinin sxemi isə “Renalt Megane” markalı, **-RV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs dediklərinə uyğun tərtib olunmuşdur. İnzibati xəta haqqında protokolda Şəxs düzgün ara məsafəsi saxlamaması səbəbindən qarşıdakı “Vaz 2107” markalı avtomobili vurması və onun da yol kənarında dayanmış avtomobili vurması qeyd olunsa da, avtomobillərin hərəkət surəti qeyd olunmamışdır. Şəxs izahatında dediyi xüsusatlar araşdırılmamış, yəni öndəki avtomobilin qəfil sola tərəf hərəkət etməsi nəticəsində toqquşmanın yaranması məsələsi aydınlaşdırılmamışdır. İş materiallardan zəncirvari yol nəqliyyat hadisəsinin baç verməsi müəyyən olunmuşdur. Buna baxmayaraq cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda Şəxs tərəfindən yol hərəkəti qaydalarını pozması qeyd olunsa da, Şəxs tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun hansı normasının tələblərinə riayət olunmdağı, onun hadisənin qarşısını almağa texniki imkanın olub-olmadığına, digər nəqliyyat vasitələrinin yol hərəkəti qaydalarını pozub-pozmamaları, hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmamasına, pozuntu ilə nəticə arasında səbəbli əlaqənin olub-olmamasına dair məhkəmə-texniki ekspertizasının rəyi əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8, 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci və 332.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5077/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5077/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver