Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5078/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC-nin Azərbaycan Respublikasının İXM-in 485.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 00100-01924/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdə qeyd olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, ünvan 2 ünvanına Çin Xalq Respublikasından 15 iyul 2024-cü il tarixdə saat 13:44-də Dəniz Nəqliyyatın və Enerji Resursları Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarəti Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə 94313699 nömrəli vaqonun üzərində olan WSCU ******* nömrəli konteynerdə daxil olmuş yüklərin **********2005 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli Gömrük bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin sözügedən yüklərə dair qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilmədiyi müəyyən edilmişdir. Belə ki, 3-33-1100/012/018083 nömrəli xx.xx.2024-cü il tarixli raporta əsasən, "xxxx" MMC-nin ünvanına dövlət nömrə nişanı 94313699 olan nəqliyyat vasitəsilə ölkə ərazisinə daxil olmuş yük üçün Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada qısa idxal bəyannaməsi təqdim etməmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi” informasiya resursundan “avtomobil ilə daşınan mallara’’ dair çıxarışdan görünür ki, WSCU ******* nömrəli konteynerdə "xxxx" MMC-nin ünvanına göndərilən mallar xx.xx.2024-ci il tarixdə saat 13:44 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, nə də işin təxirə salınması barədə onlardan hər hansısa bir vəsatət daxil olmamışdır. Bu halda, məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 62.4-cü maddəsinin tələbinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin direktoru etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, sözügedən idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada gömrük orqanına verilməməsinin səbəbi MMC-dən asılı olmayan səbəbdən, yəni alınan malların sənədlərinin hüquqi şəxsə göndərilmədiyi üçün onların həmin idxal bəyannaməsini tərtib edə bilməməsidir. X2 Respublikası tərəfindən göndərilməli olsa da, dəfələrlə olunan yazılı və şifahi müraciətə baxmayaraq, vaxtından gec göndərilmişdir. Sənədlər əldə olunan zaman malların artıq sərhəddən keçirilərək ölkə ərazisinə daxil olduğunu qeyd edərək, məhkəmədən "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin Sabunçu Rayon Məhkəməsinə ünvanladığı arayışdan qeyd olunmuşdur ki, malların sənədləri MMC-yə xx.xx.2024-cü il tarixində “Whatsapp” sosial şəbəkəsi ilə göndərilmişdir. Buna görə də qısa idxal bəyannaməsini vaxtında tərtib etmək mümkün olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu, etiraz ərizəsini və işin digər materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Hazırki halda "xxxx" MMC-nin direktoru tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, MMC-dən asılı olmayan səbəbdən, yəni alınan malların sənədlərinin hüquqi şəxsə göndərilmədiyi üçün onların həmin idxal bəyannaməsini tərtib edə bilməməsi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi daxil olmuş "xxxx" MMC-nin barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, qısa idxal bəyannaməsinin elektron qaydada vaxtında verilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin təqsiri üzündən baş vermədiyi üçün "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur və bu səbəbdən də onun barəsində başlanmış icraata xitam verilməlidir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40.0.1, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC-nin Azərbayjan Respublikası İnzibati Xətalar Məjəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş EP ******* saylı, 24 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokolla əlaqədar inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-5078/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5078/2024
28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver