Məhkəmə qərarları › İş №3(008)-5089/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5089/2021

24.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5089/2021 24.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi Həsənova Familə Məmməd qızının katibliyi ilə "xxxx" ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP ******* saylı, 01 dekabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 26-13206-2021 saylı, 27.10.2021-ci il tarixli sorğusu ilə tələb olunan sənədləri Mərkəzi Banka təqdim etməmişdir. Nəticədə "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndələrinin məhkəməyə gəlməmələrinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə gəlməsi barədə xəbərdar olunsa da, nümayəndəsi məhkəməyə gəlməmişdir və onun təqsirsizliyini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun əməli tərtib olunmuş protokolla tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40, 43, 49- 51, 114, 128-131, 430.4-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinsin və hüquqi şəxs qismində 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: imza Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar