Məhkəmə qərarları › İş №3(008)-5099/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5099/2023

22.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5099/2023 22.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Gülnar Söhbət qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Şahid1, X1, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iştirakı ilə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində “Volkswagen Passat” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana Şuşa şəhərciyi, Ramana –Maştağa yolu ilə kəsişməsində ikinci dərəcəli yolda “Stop” yol nişanının tələbini pozaraq 30-40 km saat sürətlə hərəkət etmiş və bu zaman Ramana –Maştağa əsas baş yolu ilə hərəkətdə olan “Hyundai HD-35” markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtombilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Hyundai HD-35” markalı yük avtomobili idarəetməni itirərək qabaq sol hissəsi ilə qarşı əks yolda hərəkətdə olmuş “Fiat Doblo” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Volkswagen Passat” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, azyaşlı X4 və “Hyundai HD-35” markalı yük avtomobilinin sərnişini Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X5 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş Sabunçu RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis kapitanı X5 tərəfindən AP ******* seriyalı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 15:00 radələrində “Volkswagen Passat” markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Ramana Şuşa şəhərciyi, Ramana –Maştağa yolu ilə kəsişməsində ikinci dərəcəli yolda “Stop” yol nişanının tələbini pozaraq 30-40 km saat sürətlə hərəkət etmiş və bu zaman Ramana –Maştağa əsas baş yolu ilə hərəkətdə olan “Hyundai HD- 35” markalı ** JV *** dövlət qeydiyyat nişanlı yük avtombilinin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Hyundai HD-35” markalı yük avtomobili idarəetməni itirərək qabaq sol hissəsi ilə qarşı əks yolda hərəkətdə olmuş “Fiat Doblo” markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı “Volkswagen Passat” markalı avtomobilin sərnişinləri Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, azyaşlı X4 və “Hyundai HD-35” markalı yük avtomobilinin sərnişini Şahid2 müxtəlif dərəcəli bədən xəsarətləri yetirilmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında taksi gözləyərkən Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanaraq o, həyat yoldaşı Zərərçəkmiş şəxs2, övladları Elay Cəfərli və Hüseyn Cəfərli avtomobilə sərnişin qismində əyləşmişlər.Sürücü adını sonradan Şəxs kimi bildiyi şəxs avtomobili idarə edərək Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyində yəni ikinci dərəcli yolda bilmədiyi sürət ilə hərəkət edib “Stop” yol nişanın tələbini pozaraq hərəkətinə davam etmişdir. Həmin vaxtı Ramana-Maştağa yolu ilə hərəkət edən Hyundai HD-35 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili ön hissəsi ilə Volksvagen Passat markalı avtomobilin sol hər iki qapı hissəsindən toqquşduqda, zərbədən Volksvagen Passat markalı avtomobil fırlanaraq üzü Maştağa qəsəbəsi istiqamətində, Hyundai yük maşını isə idarəetməni itirib qabaq sol hissəsi ilə qarşı əks yolda hərəkətdə olmuş lakin baş vermiş hadisəni görərək dayanmış Fiat Doblo markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq YNH-i baş vermişdir.Hadisə zamanı o və ailə üzvləri müxtəlif dərəcəli xəsarətlər almışlar. Hal-hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayəti var. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evin yaxınlığında taksi gözləyərkən Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanaraq o, həyat yoldaşı Zərərçəkmiş şəxs1, övladları Elay Cəfərli və Hüseyn Cəfərli avtomobilə sərnişin qismində əyləşmişlər.Sürücü adını sonradan Şəxs kimi bildiyi şəxs avtomobili idarə edərək Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyində yəni ikinci dərəcli yolda bilmədiyi sürət ilə hərəkət edib “Stop” yol nişanın tələbini pozaraq hərəkətinə davam etmişdir. Həmin vaxtı Ramana-Maştağa yolu ilə hərəkət edən Hyundai HD-35 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobili ön hissəsi ilə Volksvagen Passat markalı avtomobilin sol hər iki qapı hissəsindən toqquşduqda, zərbədən Volksvagen Passat markalı avtomobil fırlanaraq üzü Maştağa qəsəbəsi istiqamətində, Hyundai yük maşını isə idarəetməni itirib qabaq sol hissəsi ilə qarşı əks yolda hərəkətdə olmuş lakin baş vermiş hadisəni görərək dayanmış Fiat Doblo markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşaraq YNH-i baş vermişdir. Hadisə zamanı o və ailə üzvləri müxtəlif dərəcəli xəsarətlər almışlar. Hal-hazırda barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs qarşı şikayəti var. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş Şahid1 izahatında göstərmişdir ki, o, BC dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində etibarnamə ilə idarə etdiyi Fiat Doblo markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyi, Ramana-Maştağa yolu ilə üzü Ramana qəsəbəsi istiqamətində təxminən 30-40 km saat sürətlə əsas baş yolda hərəkətdə olarkən “Şuşa” şadlıq evinin yaxınlığında ikinci dərəcəli yol ilə kəsişməyə çatmamış hərəkətdə olduğu yolun sol hissəsində Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Stop” yol nişanın tələbini pozaraq hərəkət etməsini təxminən 7-8 metr məsafədə gördükdə sürət həddini tam azaldıb dayanmışdır. Həmin vaxtı qarşı əks yolda hərəkətdə olan Hyundai markalı **-VJ- *** d.q.-lı yük maşını ön hissəsi ilə Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qabaq qapı hissəsindən vurduqda, zərbədən Volskavegn Passat markalı avtomobil fırlanaraq üzü Maştağa qəsəbəsi istiqamətində, Hyundai yük maşını isə idarəetməni itirib qabaq sol hissəsi ilə idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşaraq YNH-i baş vermişdir. Hadisə zamanı o idarə etdiyi avtomobildə tək olmuş və hec bir xəsarət almamışdır. X7 markalı avtomobildə sürücü, sərnişin qismində bir qadın və bir kişi cinsli şəxs olmuşdur. Həmin şəxslər xəsarət almışdır. O onlara yaxınlaşaraq ilkin tibbi yardım göstərmişdir. Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyi, Ramana-Maştağa yolu bir gediş və bir gəliş olmaqla, iki istiqamətli, 2 zolaqlı, düz, hamar, baş yol nişanları və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur. Eyni zamanda ikinci dərəcəli yol ilə kəsişmədə “Stop” yol nişanı mövcüddür.Həmin yol Məmmədli qəsəbə yolu ilə kəsişmsində dairə mövcüddür. Həmin dairə yol nişanları ilə tənzimlənir.İdarə etdiyi Fiat Doblo markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur.Hadisə zamanı spirtli icki və narkotik vasitə qəbul etməmişdir.Hadisə zamanı idarə etdiyi Fiat Doblo markalı **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində hec bir çəkidə yük olmamışdır.Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində ondan başqa hec kim olmamaışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş X6 izahatında göstərmişdir ki, o BCDE dərəcəli sürücülük hüququna malikdir. xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində o, sürücü işlədiyi «Beta» firmasına məxsus, yol vərəqəsi əsasında idarə etdiyi Hyundai HD-35 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyi, Ramana- Maştağa yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində təxminən 40 km saat sürətlə əsas baş yolda hərəkətdə olarkən “Şuşa” şadlıq evinin yaxınlığında ikinci dərəcəli yol ilə kəsişməyə çatmamış hərəkətdə olduğu yolun sağ hissəsindən Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Stop” yol nişanın tələbini pozaraq hərəkət etməsini təxminən 1-2 metr məsafədə gördükdə əyləcdən istifadə etsədə idarə etdiyi avtomobilin ön hissəsi ilə Volksvagen Passat markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapı hissəsindən toqquşduqda, zərbədən Volkswgen Passat markalı avtomobil fırlanaraq üzü Maştağa qəsəbəsi istiqamətində, idarə etdiyi Hyundai yük maşını isə idarəetməni itirib qabaq sol hissəsi ilə qarşı əks yolda hərəkətdə olmuş, lakin baş vermiş hadisəni görərək dayanmış Fiat Doblo markalı **-DS-*** d.q.n- lı avtomobilin sol yan hissəsi ilə toqquşaraq YNH-i baş vermişdir. Hadisə zamanı o ciddi xəsarət almamış, lakin sərnişin qismində olan iş yoldaşı Şahid2 və Volksvagen Passat markalı avtomobildə sürücü, sərnişin qismində bir qadın və bir kişi cinsli şəxslər xəsarət almışlar.O onlara yaxınlaşaraq ilkin tibbi yardım göstərmişdir.Sabunçu rayonu, Ramana Şuşa Şəhərciyi , Ramana-Maştağa yolu bir gediş və bir gəliş olmaqla, iki istiqamətli, 2 zolaqlı, düz, hamar, baş yol nişanları və maksimum 50 km saat sürətlə tənzimlənən yoldur. Eyni zamanda ikinci dərəcəli yol ilə kəsişmədə “Stop” yol nişanı mövcüddür.Həmin yol Məmmədli qəsəbə yolu ilə kəsişmsində dairə mövcüddür.Həmin dairə yol nişanları ilə tənzimlənir.İdarə etdiyi Hyundai HD-35 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı spirtli icki və narkotik vasitə qəbul etməmişdir.Hadisə zamanı idarə etdiyi Hyundai HD-35 markalı **-JV-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsində müxtəlif ölçüdə ümumlikdə təxminən 100 kiloqrama yaxın çay məhsulu olmuşdur. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsində ondan başqa bir nəfər şəxs olmuşdur. İnzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbər verilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Sabunçu Rayon Polis İdarəsi səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə vəsatət göndərilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62.4 və 64.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin və inzibati protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, material üzrə cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati tədbirlərin görülməsi üçün toplanmış material Sabunçu RPİ-nin DYPŞ-yə göndərilmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 1960 nömrəli Ekspert rəyindən görünür ki, vətəndaş Şahid2 baş beyin silkələnməsi , sağ göz almasının ağ qişasına qansızma, sağ göz yuvasıaltı nahiyənin qançır-sıyrığı, sağ və sol diz nahiyələrinin sıyrığı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 1967 nömrəli Ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi, alın təpə nahiyəsinin əzilmiş yarası, sol bazu, sol dirsək oynağı və sol ayaq nahiyələrinin qançırları, sol baldırın müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X8 1968 nömrəli Ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 baş beyin silkələnməsi ilə müşayiət olunan sol alın təpə nahiyəsinin qançırı müəyyən edildi. Xəsarətlər bərk küt əşya təsirindən törənmişdir, qərarin təsviri hissəsində xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İş üzrə məsuliyyəti ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs X2 şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq, onun cərimə edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxs Şəxs şəxsiyyətini xarakterizə edən halları və zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməməsini nəzərə alaraq, onun nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdulaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128, 129-130-cu maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar