Məhkəmə qərarları › İş №3(008)-5100/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5100/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5100/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞnin polis sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Ağdaş rayonu, Sadavat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Ağdaş rayonu, Sadavat kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozunda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510, 535.1, 206-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:00-da 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarını nalayiq söyüşlərlə söyüb təhqir etmişdir. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bundan başqa Şəxs xx.xx.2024-cü il tarixdə AR SN Respublika Narkoloji X7 şəxsinin müayinəsi zamanı sidiyindən narkotik vasitə olan MOP (+) aşkar olunmuşdur. Bununla da Şəxs oğlu İXM-in 510, 535.1, 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli, MN 1780912, MN 1780907, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşları onun avtomobilini heç bir qayda pozuntusu etmədiyi halda duracağa aparmaq istəmişlər. O, isə polislərə avtomobilini duracağa aparmamalarını bildirmişdir. Polislər onu PŞ-nə dəvət etmişlər. O, isə polislərlə şöbəyə getmişdir. Hər hansı tabesizlik etməmişdir. Polisə qarşı nalayiq ifadələr işlətməmişdir. Spirtli içki qəbul edəndir, lakin heç vaxt narkotik vasitə qəbul etməmişdir. Himayəsində xəstə atası vardır. Ailənin yeganə qazanc gətirənidir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Protokol tərtib etmiş Bakı şəhər Sabunçu RPİ-nin 14-cü PŞ-nin polis sahə rəisi, polis mayoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs AR İXM-nin 510, 535.1 və 206-cı maddələri ilə təqsirli bilinərək barəsində qanuna uyğun tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş 06 avqust 2024-cü il tarixli MN seriyalı ******* saylı protokoldan görünür ki, Şəxs narkotik vasitədən istifadə etməsi müəyyən olunmuşdur; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-dən daxil olmuş xx.xx.2024cü il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01:00-da 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarını nalayiq söyüşlərlə söyüb təhqir etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarxili, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində DYPŞ və ÇPA nariadları tərəfindən PŞ-nə gətirilmiş, orta dərəcədə sərxoş olan xx.xx.1992-ci il təvəllüdlü Şəxs və xx.xx.1981-ci il təvəllüdlü X2 PŞ-nin inzibati binasının daxilində olarkən uca səslə nalayiq söyüşlər söymüşlər. Qeyd edilən şəxslər “X1 Otağında” olarkən, yol verdikləri qanunsuz hərəkətləri davam etdirmiş, həmin otağın qapısına durmadan təpik, yumruq vuraraq küçə söyüşləri işlətmişlər. Həmin şəxsləri inztizama dəvət edib, polisin qanuni tələblərinə tabe olmadığı izah olunsa da, yol verdikləri qanunsuz hərəkətləri davam etdirmiş, PŞ-nin və NH-nin iş fəaliyyətini 1 saat 30 dəqiqə ərzində pozmuşlar. xx.xx.2024-cü il tarixli, 5350 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MOP (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; İş materiallarında olan 1 ədəd DVD diskə baxış keçirələrkən Şəxs tərəfindən polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməsi, ictimai qaydanı pozması, polisin qanuni tələblərinə tabe olmaması müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını, ictimai yerdə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda və raportda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs polis əməkdaşının qanuni tələbinə tabe olmadığı, nalayiq ifadələr işlətməsi göstərilsə də, tabesizliyin konkret olaraq hansı hərəkətlərdə ifadə olunduğu qeyd edilməmiş, bu barədə raportu tərtib etmiş polis əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Bundan başqa məhkəmə iclasında Şəxs polisə qarşı müqavimət göstərmədiyini, onlara qarşı nalayiq ifadələr işlətmədiyini bildirmişdir. Təqdim olunan videogörüntüdə Şəxs polisin qanuni tələbinə qarşı tabesizlik göstərməsi, ictimai qaydanı pozan hərəkətlərə yolverməsi öz əksini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs oğlunun İXM-nin 535.1 və 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510-cu maddələrində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1, 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Söhbətov X4 Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələr ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar