Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5101/2025 04.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Regional Bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 20 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Zabrat yolu, xx.xx.2025-ci il tarixdə “AUTO İDEA” qeyri-yaşayış obyektində su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması müəyyən edilmişdir. Nəticədə vəzifəli şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli 000232 nömrəli akt, monitorinq aktı, ziyan aktı və cədvəli, fotoşəkil, videogörüntülər və digər materiallar ilə təsdiq edilir. Məhkəmə iclasında protokolu tərtib etmiş orqanın nümayəndəsi X3 izahatında göstərmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Zabrat yolu, xx.xx.2025-ci il “AUTO İDEA” qeyri-yaşayış obyektində su təchizatına qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulması müəyyən edilmişdir. Bununla bağlı nəticələri təsdiq edən monitorinq aktı tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, qeyri-yaşayış sahəsinin istifadəçisi Şəxsdir. O, ərazidən keçən Sabunçu RSKİnin balansında olan 350 mm-lik şəbəkə su xəttinə 25 mm-lik plastik boru vasitəsilə qanunsuz qoşulmuşdur. Borunun diametri nəzərə alınaraq dəymiş ziyan hesablanmış və “İri Şəhərlərin X5 Xidməti” PHŞ-nə vurulmuş ziyanın 1098 manat olduğu müəyyən olunmuşdur. Məhkəmədən vəzifəli şəxs olaraq Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstəmişdir ki, əvvəllər dəfələrlə müraciət etməsinə baxmayaraq onun obyektinə sayğac qoşulmamışdır, buna görə də sayğac olmadan sudan qanunsuz istifadə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 iyul 2025-ci il tarixli 032 nömrəli aktdan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 saylı Bakı Regional Bölməsi tərəfindən su və su təsərrüfatı obyektlərindən istifadə və onların mühafizəsi qaydalarını, həmçinin Azərbaycan Respublikası Su qanunvericiliyinin digər tələblərini rəhbər tutaraq mütəmadi olaraq monitorinq-nəzarət tədbirləri həyata keçirilir. Belə ki, bölmənin xx.xx.2025-ci il tarixli 012 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa Zabrat yolu istiqamətində keçirilən monitorinq zamanı yolun kənarında yerləşən 1 mərtəbəli qeyri-yaşayış obyektinin ərazidən keçən Sabunçu RSKİ-nin balansında olan 350 mm-lik şəbəkə su xəttinə 25 mm-lik plastik boru vasitəsi ilə qanunsuz qoşulması faktı aşkar edilmişdir. Monitorinq zamanı sözügedən obyektin “Auto İdea” adlı avto salon olduğu, kimyəvi təmizləmə, avtoyuma və.s xidmət növü üzrə fəaliyyət göstərdiyi, icarəçinin Şəxs olduğu olduğu müəyyən edilmişdir. O, şifahi olaraq sayğac quraşdırılması üçün aidiyyatı sənədlər ilə “Asan Kommunal”a müraciət etdiyini bildirərək icarə müqaviləsini təqdim etdiyini bildirsə də, heç bir sənəd təqdim etməmişdir. Araşdırma müddətində Şəxsna sudan istifadə ilə bağlı qanunvericiliyin tələbləri, barəsində aparılacaq araşdırma ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 40-cı, 45-ci və 103-cü maddələrinin, Su təchizatı və Tullantı Suları haqqında Azərbaycan Respublikası Qanunun 24, 30, 58, 65, 67 və 72-ci maddələrinin, Azırbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2024-cü il tarixli, 305 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması” Qərarının müvafiq maddələrinin tələbləri pozulmuşdur. Ərazidən çəkilmiş fotoşəkillər, videogörüntülər monitorinq aktına əlavə edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X5 Xidməti” X9 tərəfindən hazırlanmış xx.xx.2025-ci il tarixli, 603439 saylı aktdan görünür ki, İri şəhərlərin X5 Xidməti” X6 Sabunçu SKİ-nin nümayəndələrinin və Maştağa qəsəbəsi, Zabrat Maştağa yolu ünvanında yerləşən obyektin nümayəndəsinin iştirakı ilə obyektin su təchizatı və kanalizasiya sisteminə sisteminı baxış keçirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Maştağa qəsəbəsi Zabrat Maştağa yolunda yerləşən “Avto İdea” avtoyuma q/yaşayış sahəsinin su xəttinə baxış keçirən zaman d=15 mm-lik su xəttindən müqavilə bağlamadan xidmətdən istifadə aşkarlanmışdır. Bu “Avto İdea” avtoyuma tərəfindən sudan qeyri-qanuni istifadə edilməsi nəticəsində “İri şəhərlərin X5 Xidməti” X7 vurulmuş maddi ziyanın hesablanması və ödənilməsi üçün əsasdır. Qanunsuz istafadə nəticəsində dəymiş maddi ziyanın məbləğinin 1098 manat olduğu müəyyən edilmişdir. AR İN yanında DVX Bakı şəhəri X4 və Uçotun təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-4/2-342696/2025 saylı məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Maştağa-Zabrat yolu ünvanda yerləşən “Auto İdea” adlı təsərrüfat obyektində fərdi sahibkar Şəxs (VÖEN: **********) fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab olunur. 262.3-cü maddəsinə əsasən su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin maddənin Qeydinə əsasən bu Məcəllənin 262.3-cü maddəsində “az miqdarda” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın vəzifəli şəxs Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, səmimi etirafı və peşmançılığı kimi məsuliyyəti yüngülləşdirən halları, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5101/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5101/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver