Məhkəmə qərarları › İş №3(008)-5102/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5102/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5102/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 qızının katibliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Yenicə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” çimərliyində Xəzər dənizinin mühafizə zolağının və zonasının 25.07xx.xx.2025-ci il tarixlərində zəbt olunması faktının aşkarlanması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin nümayəndəsi X3 izahat verərək bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” çimərliyində Xəzər dənizinin mühafizə zolağının və zonasının 25.07-xx.xx.2025-ci il tarixlərində zəbt olunması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Odur ki, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” çimərliyində Xəzər dənizinin mühafizə zolağından və zonasından 25.07-xx.xx.2025-ci il tarixlərində istifadə edərək qazanc əldə etmək məqsədilə həmin ərazini işlətmişdir. Əməlindən peşman olduğunu, bir daha belə halların təkararlanmayacağını bildirirərək, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” çimərliyində Xəzər dənizinin mühafizə zolağının və zonasının 25.07xx.xx.2025-ci il tarixlərində zəbt olunması faktının aşkarlanması nəticəsində Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 19 avqust 2025-ci il tarixli 000265 nömrəli Aktdan görünür ki, 25.07-xx.xx.2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” Sanatoriyası çimərliyində fəaliyyət göstərən “Aran” ictiamiiaşə obyektində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentnin Adminstrasiyasının rəhbərinin “Xəzər dənizinin mühafizə zonasında nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı” 15 may 2025-ci il tarixli 40 nömrəli sərəncamının icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Xəzər dənizinin Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” sanatoriyası çimərliyinə düşən hissəsində monitorinq-nəzarət tədbirləri həyata keçirildi. Aparılan monitorinq nəticəsində Xəzər dənizinin mühafizə zonasında dənizdən 30 metr məsafədə dənizin mühafizə zonası zəbt olunaraq “Aran” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan kölgəliklər tikildiyi və ictimai iaşə obyekti kimi fəaliyyət göstərdiyi müəyyən edilmişdir. Sözügedən obyektin sahibi Şəxs adlı şəxs obyektin istifadəsi və mülkiyyəti ilə bağlı həmçinin şəxsiyyətini təsdiq edən sənədləri verməkdən imtina edərək, izahat verməkdən və inzibati icraatda iştirak etməkdən boyun qaçırmışdır. 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli 025 nömrəli monitorinq aktı tərtib olunmuş və “Aran” ictimai-iaşə obyekti və onun istifadəçisi ilə bağlı müvafiq sənədlərin əldə edilməsi məqsədilə İXM-nin 99.1.1 və 102.1-ci maddələri əsasında inzibati icraata başlanılmış, inzibati xəta haqqında iş üzə icraatın başlanılması və inzibati araşdırma parılması haqqında xx.xx.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Şəxs inzibati icraatda iştirak etməsi ilə bağlı "xxxx" MMC vasitəsilə xx.xx.2025-ci il tarixli 007 nömrəli bildiriş məktubu imzalanmış tarixli, 007 nömrəli bildiriş məktubu ünvanlanmış və bildiriş məktubunun surəti Whatsapp mobil tətbiqi vasitəsilə şəxsin telefon nömrəsinə (Tel:050-340-95-75Tel:***-***-**-**) göndərilmişdir. Sonuncu ilə xx.xx.2025-ci il tarixində 1 Saylı Bakı Reional Bölməsinin binasında görüş keçirilmiş, ictimai iaşə obyekti ilə bağlı hüquq müəyyənedici sənədlərin təqdim olunması üçün 5 iş günü müddətində vaxt verilmişdir. Lakin bu müddət ərzində Şəxs tərəfindən heç bir sənəd təqdim olunmamışvə telefon vasitəsilə əlaqə zamanı inzibati icraatda iştirak etməyəcəyini bildirmişdir. 1 Saylı Bakı Reional Bölməsi tərəfindən “Aran” ictiami-iaşə obyektinin Şəxs istifadəsində olması ilə bağlı Sabunçu rayon İcra Hakimiyyətinin Başçısının Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə xx.xx.2025-ci il tarixli 199 nömrəli məktub ünvanlanmışdır. Pirşağı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 54 nömrəli cavab məktubunda ictiami-iaşə obyektinin Şəxs istifadəsində olduğu və dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq sözügedən ərazidə qanunsuz olaraq fəaliyyət göstərdiyi bildirilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının Su Məcəlləsinin 103-cü maddəsinin 19-cu bəndi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydalarının 10 və 22-ci maddələrinin 10 və 22-ci maddələrinin müvafiq bəndləri pozulmuşdur; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsi tərəfindən tərtib edilmiş 25 iyul 2025-ci il tarixli 00000025 nömrəli Aktdan görünür ki, 25 iyul 2025-ci il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” Sanatoriyasının bir hissəsində fəaliyyət göstərən “Aran” ictimai-iaşə obyektində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və X1 Xidməti 1 Saylı Bakı Reional Bölməsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Prezidentnin Adminstrasiyasının rəhbərinin “Xəzər dənizinin mühafizə zonasında nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı” 15 may 2025-ci il tarixli 40 nömrəli sərəncamının icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə Xəzər dənizinin Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” sanatoriyası çimərliyinə düşən hissəsində monitorinq-nəzarət tədbirləri həyata keçirildi. Aparılan monitorinq nəticəsində Xəzər dənizinin mühafizə zonasında dənizdən 30 metr məsafədə dənizin mühafizə zonası zəbt olunaraq taxtadan kölgəliklər tikildiyi müəyyən olunmuşdur. “Aran” adı altında heç bir hüquq müəyyənedici sənəd olmadan fəaliyyət göstərən ictimai-iaşə obyektinin sahibi Şəxs adlı şəxs obyektin istifadəsi və mülkiyyəti ilə bağlı həmçinin şəxsiyyətini təsdiq edən sənədləri verməkdən imtina edərək, izahat verməkdən və inzibati icraatda iştirak etməkdən boyun qaçırmışdır. Sonuncu ilə aparılan söhbət zamanı Xəzər dənizinin mühafizə zonasının zəbt olunması faktını təsdiq etmiş və uzun zamandır bu fəaliyyətlə məşğul olmasını təsdiq etmişdir. Tərəflərindən Şəxs Xəzər dənizinin mühafizə zolağı və mühafizə zonası ilə bağlı Su qanunvericiliyinin tələbləri, hüquq və vəzifləri həmçinin daşıdığı məsuliyyət izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 264.0.3-cü maddəsinə əsasən su mühafizəsi zonaları və sahil mühafizə zolaqları ilə bağlı Azərbaycan Respublikasının Su Məcəlləsində müəyyən edilmiş tələblərə riayət edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Su Məcəlləsinin: 9-cu maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin istifadəsi və mühafizəsi qaydaları bu Məcəllə, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq aktları ilə müəyyən edilir. 40-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin, sərhəd su obyektlərinin istifadəyə verilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir. 103-cü maddəsinə əsasən Su qanunvericiliyini pozan vəzifəli şəxslər, fiziki və hüquqi şəxslər su mühafizəsi zonalarına və sahil mühafizə zolaqlarına riayət etmədikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, maddi, inzibati və cinayət məsuliyyəti daşıyırlar. 82-ci maddəsinə əsasən su obyektlərinin ekoloji tələblərə uyğun vəziyyətdə saxlanması, yerüstü və yeraltı suların çirklənməsinin, zibillənməsinin və tükənməsinin qarşısının alınması, habelə heyvanlar və bitkilər aləminin məskunlaşdığı mühitin qorunub saxlanması üçün su mühafizə zonaları müəyyən edilir. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir. Sahil mühafizə zolaqlarında torpaqların şumlanması və əkilməsi, meşələrin qırılması, ağac və kolların kökündən çıxarılması, heyvandarlıq ferma və düşərgələrinin, qəbiristanlığın, zibilxananın yerləşdirilməsi, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər fəaliyyət növləri qadağan edilir. Sahil mühafizə zolaqlarında icazə əsasında su təchizatı, istirahət, idman, balıqçılıq və ovçuluq təsərrüfatı obyektlərinin, habelə liman və hidrotexniki qurğuların yerləşdirilməsinə yol verilir. Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 83-cü maddəsinə əsasən Su mühafizə zonalarında yerləşən torpaq sahələri fiziki və hüquqi şəxslərin istifadəsinə, Azərbaycan Respublikasının torpaq qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmaqla verilə bilər. Su mühafizə zonalarında təbii ehtiyatların istifadəsi və mühafizəsi rejiminə riayət edilməsinə, fiziki və hüquqi şəxslərin digər təsərrüfat fəaliyyətinə dövlət nəzarəti öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının, ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi Qaydalarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 mart 2000-ci il tarixli Qərarı:

2. Su mühafizə zonası su obyektinin akvatoriyasına bitişik, üzərində təbii ehtiyatların istifadəsi, mühafizəsi və digər təsərrüfat fəaliyyətinin həyata keçirilməsi üzrə xüsusi rejim müəyyən edilmiş ərazidir.

3. Su mühafizə zonalarının hüdudlarında sahil mühafizə zolaqları müəyyən edilir və onların ərazisində təbiətdən istifadəyə əlavə məhdudiyyətlər tətbiq edilir.

6. Xəzər dənizinin(gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su mühafizə zonasının, sahil mühafizə zolağının ölçüləri, sərhədləri və istifadəsi rejimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iştirakı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən müəyyən edilir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, səlahiyyətli orqanın nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, Akt, foto şəkillər ilə sübuta yetirilmişdir ki, Şəxs AR İXM-nin 264.0.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, tərtib edilmiş Akt, foto şəkillər ilə pozuntunun olması müəyyən edilir, Şəxs heç bir icazə alınmadan Sabunçu rayonu, Pirşağı qəsəbəsi, “Qızıl qum” çimərliyində Xəzər dənizinin mühafizə zolağını və zonasını 25.07-xx.xx.2025-ci il tarixlərində zəbt etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 264.0.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar