Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5106/2024 08.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu Məhkəmə iclasının katibi X1 iştirakı ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə icladsında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsi ilə Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən 13 iyun 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərətib edilmişdir ona görə ki, xx.xx.2024-cü il tarixdə vətəndaş müraciəti əsasında müəyyən olunmuşdur ki, vətəndaş Şəxs Maştağa qəsəbəsi, Savalan YYM-də mütəmadi olaraq çirkab sularını küçəyə axıtmışdır. İnzibati xəta haqqında protokolu, o cümlədən ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, inzibati xəta haqqında protokol səlahiyyəti olmayan şəxs tərəfindən tərəfindən tərtib olunduğundan onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş, həmin vəzifəli şəxs isə hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib etmək üçün səlahiyyətli deyildir. Belə ki, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasi Prezidentinin 3 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanının 66-1 -ci hissəsində qeyd edilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol "xxxx" Açıq Səhmdar Cəmiyyəti adından Cəmiyyətin sədri, onun müavinləri, hüquq departamentinin rəhbəri tərəfindən tərtib edilir. Göründüyü kimi Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru X3 inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyəti olmadığı halda o bu barədə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol baxılması üçün məhkəməyə göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarında sərgilədiyi hüquqi mövqe ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsi inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, səlahiyyətli orqanın (vəzifəli şəxsin) hazırlıq mərhələsində həll etməli olduğu məsələlərin dairəsini müəyyən edir. Həmin maddəyə əsasən, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən isə inzibati xətalar haqqında işə baxılmasına hazırlıq mərhələsində hakim tərəfindən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarıla bilər. Bu halda məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında protokolun tərtib olunmasının qaydası dəqiq göstərilmişdir və inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim həmin protokolun məhz bu normanın tələblərinə uyğun tərtib edilib-edilmədiyini yoxlayır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1 -ci maddəsinə əsasən, inzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və s. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Eyni zamanda, inzibati xətalar qanunvericiliyində həmin protokolun bu Məcəlləyə uyğun tərtib edilərək yenidən məhkəməyə göndərilməsi istisna edilməmişdir. Yuxarıda qeyd edilənləri əsas götürərək inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını qanuna müvafiq hesab edirəm. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109.1.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş 13 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PŞnə geri qaytarılsın. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-5106/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5106/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver