Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5143/2025 19.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru Nümayəndə2, Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 20 avqust 2025-ci il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs tərəfindən 3320000.00 (üç milyon üç yüz iyirmi min) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 11 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Məhkəmə iclasında hüquqi şəxs Şəxs direktoru Nümayəndə2 bildirmişdir ki, 11 avqust 2023-cü il tarixdə xaricə köçürülmüş pul vəsaitinin qarşılığında malların geri qayıtması barədə gömrük bəyannaməsi təqdim edərək həmin müqavilə üzrə malların Azərbaycana gəldiyini, buna görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, Şəxs tərəfindən 3320000.00 (üç milyon üç yüz iyirmi min) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 11 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş və 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Şəxs tərəfindən 11 avqust 2023-cü il tarixdə xaricə köçürülmüş pul vəsaitinin qarşılığında malların geri qayıtması barədə gömrük bəyannaməsi təqdim edilsə də həmin gömrük bəyannaməsi 13 iyul 2022-ci il tarixli 7-2023 nömrəli müqaviləyə bağlıdır. Həmin gömrük bəyannaməsinin iş materiallarına əlavə edilmiş 11 avqust 2023-cü il tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. Eyni zamanda gömrük bəyannaməsinin müvafiq qrafalarındakı məlumatları ödəniş tapşırığının müvafiq qrafalarındakı məlumatlarla eyniləşdirmək mümkün deyildir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 14 avqust 2025-ci il tarixli məktub və qoşmasından görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 3320000.00 (üç milyon üç yüz iyirmi min) Rusiya rublu məbləğində vəsait 11 avqust 2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülməsi, 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) idxal edilmədiyi, xidmətlərin göstərilmədiyi və ya qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 20 avqust 2025-ci il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs tərəfindən 3320000.00 (üç milyon üç yüz iyirmi min) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 11 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1092, ünvan 1r. Təqdim edilmiş **********0545 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 1815600.00 Rusiya rublu məbləğində mallar Azərbaycana idxal olunmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankının 02 sentyabr 2025-ci il tarixli 6-1-21/2- 12726/2025 nömrəli məktubundan görünür ki, **********0545 nömrəli gömrük bəyannaməsi gömrük portalı vasitəsilə yoxlanılmış və müəyyən olunmuşdur ki, qeyd edilən gömrük bəyannaməsinin Şəxs barəsində baxılan iş üzrə avans köçürməsi ilə əlaqəsi yoxdur, belə ki, gömrük bəyannaməsinin müvafiq qrafalarındakı məlumatları ödəniş tapşırığının müvafiq qrafalarındakı məlumatlarla eyniləşdirmək mümkün deyildir; X1 çıxarışdan görünür ki, **********0545 nömrəli X2 Federasiyası ilə bağlanılmış 13 iyul 2023-cü il tarixli müqaviləyə bağlıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən 3320000.00 (üç milyon üç yüz iyirmi min) Rusiya rublu məbləğində vəsait bank vasitəsilə 11 avqust 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüş və 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Hüquqi şəxs Şəxs direktoru tərəfindən təqdim edilmiş **********0545 nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs tərəfindən 1815600.00 Rusiya rublu məbləğində malların Azərbaycana idxal olunduğu nəzərdə tutulmuş, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının 02 sentyabr 2025-ci il tarixli 6-1-21/2-12726/2025 nömrəli məktubuna əsasən həmin gömrük bəyannaməsinin Şəxs barəsində baxılan iş üzrə avans köçürməsi ilə əlaqəsi olmadığı, gömrük bəyannaməsinin müvafiq qrafalarındakı məlumatları ödəniş tapşırığının müvafiq qrafalarındakı məlumatlarla eyniləşdirmək mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində cərimə tənbeh növü tətbiq edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25.2.1-cı maddəsinə əsasən inzibati cərimə inzibati xətanın başa çatdığı və ya qarşısının alındığı vaxt inzibati xətanın bilavasitə obyekti olmuş predmetin dəyəri ifadə oluna bilər. Məhkəmə hesab edir ki, inzibati xətanın obyekti olan pul məbləği Rusiya rublu olduğundan cərimənin məbləği Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 2044290.00 (iki milyon qırx dörd min iki yüz doxsan) Rusiya rublu məbləğində vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 408858.00 (dörd yüz səkkiz min səkkiz yüz əlli səkkiz) Rusiya rublu (Rusiya rublunun ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5143/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5143/2025
19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver