Məhkəmə qərarları › İş №3(008)-518/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-518/2022

12.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-518/2022 12.01.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənova Familə Məmməd qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, 05 yanvar 1971-ci il tarixdə Ermənistan r. Razdan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Sovxoz 2, Cəfərov küçəsi, ev 1, mənzil 32-də qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Şəxs Rəhim oğlu Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)- 684/2015 saylı, 31 mart 2015-ci il tarixli icra sənədinə əsasən 145000 (yüz qırx beş min) ABŞ dollarının tələbkar X1 xeyrinə ödənilməsindən, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-605/2015 saylı, 04 aprel 2018-ci il tarixli icra sənədinə əsasən 124700 (yüz iyirmi dörd min yeddi yüz) ABŞ dolları borcun, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun və 30 manat dövlət rüsumun tələbkar X5 xeyrinə ödənilməsindən, Bakı şəhər Apellyasiya Məhkəməsinin 2(103)-8058/2019 saylı, 26 iyul 2019-cü il tarixli icra sənədinə əsasən 07.04.2016-cı il tarixli “kredit müqaviləsi” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 95000 (doxsan beş min) ABŞ dolları, 12.04.2016cı il tarixli “kredit müqaviləsi” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 58000 (əlli səkkiz min) ABŞ dolları tələbkar X2 xeyrinə ödənilməsindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10772/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 110000 (yüz on min) ABŞ dolları əsas borcun və 8700 (səkkiz min yeddi yüz) ABŞ dolları faiz borcun tələbkar X3 xeyrinə ödənilməsindən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3587/2013 saylı, 25 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən 14.08.2007-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 57695 (əlli yeddi min altı yüz doxsan beş) manat faiz borcunun və 11.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 59032 (əlli doqquz min otuz iki) manat faiz borcunun tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsindən yayınır. Bu barədə Sabunçu rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X6 tərəfindən MN № ******* saylı, 11 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərmişdir ki, Şəxs Rəhim oğlu barəsində olan icra vərəqələri üzrə borcu tam təmin etmədiyi üçün onun barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Rəhim oğlu izahatında göstərmişdir ki, hal-hazırda maddi vəziyyəti yaxşı deyil. Borcu ödəməkdən imtina etmir. Bu günə qədər borc məbləğlərindən ümumilikdə 180000 (yüz səksən min) manat ödəmişdir. Borc məbləğlərinin ödənilməsi üçün mülkiyyətində olan, dəyəri ******* (beş milyon dörd yüz min) manat olan daşınmaz əmlaklara həbs qoyulmuşdur. Həmin əmlakların satılaraq borcun bağlanmasına etiraz etmir. İş materiallarında olan icra sənədlərindən görünür ki, Şəxs Rəhim oğlundan Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-684/2015 saylı, 31 mart 2015-ci il tarixli icra sənədinə əsasən 145000 (yüz qırx beş min) ABŞ dollarının tələbkar X1 xeyrinə, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-605/2015 saylı, 04 aprel 2018-ci il tarixli icra sənədinə əsasən 124700 (yüz iyirmi dörd min yeddi yüz) ABŞ dolları borcun, mənəvi zərərin əvəzi olaraq 2000 (iki min) manat pulun və 30 manat dövlət rüsumun tələbkar X5 xeyrinə, Bakı şəhər Apellyasiya Məhkəməsinin 2(103)-8058/2019 saylı, 26 iyul 2019-cü il tarixli icra sənədinə əsasən 07.04.2016-cı il tarixli “kredit müqaviləsi” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 95000 (doxsan beş min) ABŞ dolları, 12.04.2016-cı il tarixli “kredit müqaviləsi” üzrə ödənilməmiş qalan borcun əvəzi olaraq 58000 (əlli səkkiz min) ABŞ dolları tələbkar X2 xeyrinə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10772/2019 saylı, 10 sentyabr 2019-cu il tarixli icra sənədinə əsasən 110000 (yüz on min) ABŞ dolları əsas borcun və 8700 (səkkiz min yeddi yüz) ABŞ dolları faiz borcun tələbkar X3 xeyrinə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3587/2013 saylı, 25 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən 14.08.2007-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 57695 (əlli yeddi min altı yüz doxsan beş) manat faiz borcunun və 11.10.2007-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 59032 (əlli doqquz min otuz iki) manat faiz borcunun tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməsi qərar alınmışdır. İş materiallarında Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 8(008)-254/2019 saylı, 19 mart 2019-cu il tarixli icra sənədindən görünür ki, borclu Şəxs mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlak kompleksinin və ünvan 2 nömrəli evin bir hissəsinin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs barəsində qəbul edilmiş icra vərəqələrinin icrasından imtina etmir, borc məbləğindən 180000 (yüz səksən min) manat ödəniş etmiş, adına olan daşınmaz əmlaklara həbs qoyulmuş və həmin əmlakların satılaraq borcunun tam bağlanmasına etiraz etmir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət yaranır. Göründüyü kimi Şəxs qətnamələrin icrasından imtina etmir. Bu səbəbdən onun əməlində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Məhkəmə hesab edir ki, Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Rəhim oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar