Məhkəmə qərarları › İş №3(008)-5189/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5189/2025

28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5189/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli TP7143417 nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində “TOYOTA RAV” 4 minik 77BC129 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. O bu qərardan Bakı şəhəri Sabunçu rayon məhkəməsinə şikayət ərizəsi vermişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 3529 /2025 saylı qərarı ilə inzibati tənbeh verilməsi ilə bağlı qərar ləğv edilərək yenidən baxılması ücün Bakı şəhəri BPİ DYPİ-nə göndərilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixli TP7385188 nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində “TOYOTA RAV” 4 minik 77BC129 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)- 4460/2025 saylı qərarı ilə inzibati tənbeh verilməsi ilə bağlı qərar ləğv edilərək yenidən baxılması ücün Bakı şəhəri BPİ DYPİ-nə göndərilmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixli TP7435502 nömrəli qərarla AR İXM-nin 327.2-ci maddəsi ilə 100 manat məbləğində “TOYOTA RAV” 4 minik 77BC129 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati tənbeh verilmə haqqında qərar qəbul edilmişdir. O, inzibati xəta törətməmişdir və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi tələblərini pozmamışdır. O, inzibati xəta haqqında qərarla razı olmadığını bildirmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli TP7435502 nömrəli qərarla mənim barəmdə inzibati tənbeh tədbiq edilməsinə heç bir əsas olmamışdır. Hesab edirəm ki, xx.xx.2025-ci il tarixli TP7435502 nömrəli qərarla “TOYOTA RAV” 4 minik 77BC129 dövlət nömrə nişanlı avtomobillə bağlı inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsinə əsasən Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma protokolunda göstərilir. Zəruri hallarda bu izahat yazılı formada qeyd edilir və inzibati xəta haqqında işə əlavə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 410.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. «İnsan hüquqları haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi nəzərdə tutur ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən işinin məhkəmə vasitəsilə ədalətli araşdırılması hüququna malikdir. Məhkəmədən xx.xx.2025-ci il tarixli TP7435502 nömrəli inzibati tənbeh verilmə haqqında qərarın ləğv olunaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi barədə xahiş edir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 29 mart 2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 14:48-də Bakı, Nobel pr, 23 ünvanı ərazisində “TOYOTA RAV-4 MİNİK” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli elektron qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixində saat 14:48-də Bakı, Nobel pr, 23 ünvanı ərazisində “TOYOTA RAV-4 MİNİK” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-3529/2025 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsi tərəfindən qəbul edilmiş 29 mart 2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X9 İdarəsinə göndərilməsi nəzərdə tutulmuşdur; Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4460/2025 saylı qərarından görünür ki, X3 şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin TP seriyalı ******* nömrəli 22 iyul 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və işə yenidən baxılması üçün həmin idarəyə göndərilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər X9 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli elektron qərara əsasən X5 xx.xx.2025-ci il tarixində saat 14:48-də Bakı, Nobel pr, 23 ünvanı ərazisində “TOYOTA RAV-4 MİNİK” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli qərarda inzibati xətanın olmasına dair hər hansı bir sübuta istinad edilmədiyindən şikayət əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş hadisəni əks etdirən videogörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə baxş keçirilmiş, həmin görüntüdə X3 hansı qayda pozuntusuna yol verməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-3529/2025 saylı qərarına və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(008)-4460/2025 saylı qərarına əsasəm X3 şikayətləri qismən təmin edilərək Azərbaycan Respublikası DİN Bakı şəhər X9 İdarəsinin inzibati tənbeh vermə haqqında qərarları ləğv edilərək işə yenidən baxılması üçün göndərilməsinə baxmayaraq heç bir araşdırılma aparılmayaraq, heç bir sübuta istinad edilmədən onun barəsində eyni məzmunlu qərarlar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X5 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhər X9 İdarəsinə bildiriş göndərilsə də, onlar məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində İXM-nin 327.2 və 327.1-ci maddələri ilə qəbul edilmiş Bakı şəhər X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar