Məhkəmə qərarları › İş №3(008)-5191/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5191/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5191/2025 05.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1ci maddələri ilə 15 avqust 2025-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2025ci il tarixdə **********8704 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edilərək bəyannamədə qeyd edilən olunmuş dərman vasitələr adlı malları məhv etmə xüsusi gömrük proseduru altında rəsmiləşdirmişdir. Sözügedən bəyannamə əsasında bəyan edilmiş malların məhv etmə prosesini həyata keçirmək üçün hüquqi şəxsin ünvanında yerləşən anbarında olan sözügedən yükə gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama başlamadan öncə həmin yükün saxlanıldığı otağın gömrük təminatı ilə təmin edildiyi müəyyən edilmişdir. Daha sonra tətbiq edilmiş gömrük yoxlaması zamanı yükü müşaiyyət edən sənədlərdə **********8704 sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə anbarda olan dərman vasitələr yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə anbarda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sənədlərdə ümumilikdə “kreatinfosfat n1”(seriya 060224)- 3040 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 2770 ədəd, “kreatinfosfat n1”(seriya 020124)-675 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 673 ədəd olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra həmin predmetlər xx.xx.2025-ci il tarixdə Bakı Gömrük İdarəsinin İpək Yolu gömrük posyuna gətirilərək 100 nömrəli anbara yerləşdirilmiş və həmin anbar gömrük təminatı ilə təmin edilmişdir. MMC tərəfindən nəzarətdə olan 10 nömrəli xx.xx.2025-ci il tarixli invoys sənədi əsasında xx.xx.2025-ci il tarixli **********8704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan və 10 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 4-cü və 5-ci mövqelərində qeyd olunan 3040 ədəd “kreatinfosfat n1”(seriya 060224)- 270 ədədi,6-cı mövqeyində qeyd olunan “kreatinfosfat n1”(seriya 020124)- 2 ədədi istifadə edilməklə üzərində sərəncam verilmiş malların ümumi dəyəri milli valyuta nisbətdə 4207.84 manat təşkil edən 2475.2 ABŞ dolları təşkil edir. Bununla da MMC tərəfindən inzibati xəta pozuntusuna yol verilmişdir. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 izahatında göstərmişdir ki, “kreatinfosfat n1”(seriya 060224) və “kreatinfosfat n1”(seriya 020124) mallar səhvən başqa mallara qarışdırılaraq tullanmışdır. Anbar balaca olduğu üçün malların qarışma ehtimalı çoxdur. Protokolda göstərilən malların qiymətləri ilə razıdır, invosyda göstərilən qiymətdir. Etdikləri hərəkətin səhvən edildiyini nəzərə alaraq, barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəf məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə səlahiyyətli orqanın iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 11 iyul 2025-ci il tarixli raportdan görünür ki, Şəxs Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində, Sovxoz-2 ev 6, dalan 3, M.Ə.Rəsulzadə küçəsində yerləşən ünvanında yerləşən anbarında **********8704 sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə anbarda olan dərman vasitələr yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə anbarda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sənədlərdə ümumilikdə “kreatinfosfat n1”(seriya 060224)-3040 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 2770 ədəd, “kreatinfosfat n1”(seriya 020124)-675 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 673 ədəd olduğu məlum olmuşdur. İnzibati xəta haqqında 15 avqust 2025-ci il tarixli, ******* saylı protokoldan görünür ki, Şəxs ünvanında Yoxlama başlamadan öncə həmin yükün saxlanıldığı otağın gömrük təminatı ilə təmin edildiyi müəyyən edilmişdir. Daha sonra tətbiq edilmiş gömrük yoxlaması zamanı yükü müşaiyyət edən sənədlərdə **********8704 sorğu nömrəli gömrük bəyannaməsində göstərilənlərlə anbarda olan dərman vasitələr yükü eyniləşdirilmiş və sənədlərdə göstərilənlərlə anbarda olan faktiki yük arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, sənədlərdə ümumilikdə “kreatinfosfat n1”(seriya 060224)-3040 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 2770 ədəd, “kreatinfosfat n1”(seriya 020124)-675 ədəd yükü göstərildiyi halda, faktiki olaraq anbarda ümumilikdə 673 ədəd olduğu məlum olmuşdur. Yoxlama tam başa çatdıqdan sonra həmin predmetlər xx.xx.2025-ci il tarixdə Bakı Gömrük İdarəsinin İpək Yolu gömrük posyuna gətirilərək 100 nömrəli anbara yerləşdirilmiş və həmin anbar gömrük təminatı ilə təmin edilmişdir. MMC tərəfindən nəzarətdə olan 10 nömrəli xx.xx.2025-ci il tarixli invoys sənədi əsasında xx.xx.2025-ci il tarixli **********8704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan və 10 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 4-cü və 5-ci mövqelərində qeyd olunan 3040 ədəd “kreatinfosfat n1”(seriya 060224)- 270 ədədi,6-cı mövqeyində qeyd olunan “kreatinfosfat n1”(seriya 020124)- 2 ədədi istifadə edilməklə üzərində sərəncam verilmiş malların ümumi dəyəri milli valyuta nisbətdə 4207.84 manat təşkil edən 2475.2 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2-ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görəinzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs MMC-nin nəzarətdə olan 10 nömrəli xx.xx.2025-ci il tarixli invoys sənədi əsasında xx.xx.2025-ci il tarixli **********8704 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan və 10 nömrəli xx.xx.2025-ci il tarixli invoysun 4-cü və 5-ci mövqelərində qeyd olunan 3040 ədəd “kreatinfosfat n1”(seriya 060224)- 270 ədədi,6-cı mövqeyində qeyd olunan “kreatinfosfat n1”(seriya 020124)- 2 ədədi istifadə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 xətanı törtəməsini etiraf edərək, “kreatinfosfat n1”(seriya 060224) və “kreatinfosfat n1”(seriya 020124) malların səhvən başqa mallara qarışdırılaraq tullanmasını, anbar balaca olduğu üçün malların qarşma ehtimalının olmasını və pozuntunun səhvən edildiyini nəzərə alaraq, barələrində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə təqsirli bilinməli və AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 491.1-ci maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs(VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 491.1 və 492.1-ci maddələri ilə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın bilavasitə obyekti 2475.2 (iki min dörd yüz yetmiş beş dollar iki sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin 30%(otuz faizi) miqdarında, yəni 742.56 (yeddi yüz qırx iki dollar əlli altı sent) ABŞ dolları(dolların ödəniş gününə Azərbaycan manatına məzənnəsi ilə) məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar