Məhkəmə qərarları › İş №3(008)-5216/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5216/2022

29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5216/2022 29.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Nəsurullayeva Səbinə Pərvin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən tərtib edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli, 31 avqust 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC mülkiyyətində (istifadəsində) olan “JAC PİCK UP HFC1037D3KSF” minik markalı 77PF749 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edərək inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumatın verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən göndərilmiş sorğuya cavab verilməsinə dair fondun ünvanına heç bir məktub daxil olmamışdır. Eyni zamanda iş materiallarına əlavə edilmiş xəbərnamədən də göründüyü kimi, Ələkbərzadə Yunis adlı şəxsin məktubu qəbul etməsi göstərilsə də, xəbərnamədə imza yoxdur. Belə ki, polis əməkdaşı tərəfindən Yunis Ələkbərzadə ilə sadəcə telefon vasitəsi ilə əlaqə yaradılmış, bundan sonra xəbərnaməyə həmin şəxs yazılaraq materiala əlavə edilmişdir. Qeyd olunanların nəzərə alınaraq hüquqi şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış sorğudan görünür ki, TECHMASTER” MMC-nin mülkiyyətində (istifadəsində) olan “JAC PİCK UP HFC1037D3KSF” minik markalı 77PF749 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edən şəxs tərəfindən AR İXM-nin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin sorğu ilə inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barəsində məlumatın sorğunun alındığı tarixdən 5 gün müddətə verilməsi tələb edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub Şəxs MMC-də xx.xx.2022-ci il tarixdə, Ələkbərzadə Yunis adlı şəxs tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən ər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş İXP seriyalı ******* nömrəli xx.xx.2022-ci il tarixli protokolu, polis idarəsi tərəfindən göndərilmiş sorğunun çatdırılmasına dair xəbərnaməni və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan xəbərnamədən isə görünür ki, xəbərnamədə müvafiq sorğunun MMC-də olan Yunis Ələkbərzadə tərəfindən qəbul edildiyi göstərilsə də, həmin şəxsin imzası xəbərnamədə mövcud deyil. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 MMC-nin ünvanına hər hansı sorğunun daxil olmadığını, MMC-nin əməkdaşı Yunis Ələkbərzadəyə sadəcə telefon vasitəsilə sürücü tərəfindən törədilmiş inzibati xəta haqqında məlumat verildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi tərəfindən Şəxs MMC-nin ünvanına sorğunun göndərilməsini təsdiq edən sənəd kimi iş materiallarına əlavə edilmiş xəbərnamədə sorğunu qəbul edən şəxsin imzasının olmaması həmin xəbərnamənin sübut kimi qiymətləndirilməsini və həmin xəbərnaməyə sorğunun çatdırılmasını təsdiq edən sənəd kimi istinad olunmasını istisna edir. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar