Məhkəmə qərarları › İş №3(008)-5233/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5233/2025

26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5233/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X2 iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ərazi dairəsi, Azadkənd kəndi ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 26 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkolji Mərkəzin xx.xx.2025-ci il tarixli 5239 nömrəli rəyinə əsasən X6 narkotik vasitə olan THC (+) istifadə etmişdir. 26 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00-da öz avtomobilində X3 qarşı əxlaqsız hərəkətlər edərək xırda xuliqanlıq törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, təxminən beş ildir ki, özünə məxsus **-ZT-*** dövlət qeydiyyat nişanlı Daewoo Nexia markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. O, Bolt taksi şirkətində özünə məxsus profil ilə qeydiyyatdan keçərək ara-sıra ordan gələn sifarişlər ilə müştəriləri ünvana çatdırır. O, Bakı şəhərində yerləşən istirahət məkanlarının birində yerləşən tanımadığı xanımla cinsi əlaqədə olan zaman cinsiyyət orqanına papiloma adlanan xəstəlik keçmişdir. O bununla bağlı Şirvan rayonunda yerləşən Mərkəzi xəstəxanasında müalicə almışdır. O həmin vaxtdan bu vaxtadək xəstəliklə bağlı müalicə alır. xx.xx.2025-ci il tarixində saat təxminən 06:00 radələrində bolt sifarişi ilə tanımadığı bir nəfər xanımı Qış parkı adlanan ərazidən götürərək Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 yerləşən nömrəsiz ev ünvanına gətirmişdir. O həmin xanımı ünvandan götürən zaman xanım yarıçılpaq geyindiyinə görə onda ehtiras hisləri oyanmışdır. Bundan sonra o əli ilə cinsi orqanını rahatlatmaq istəmişdir. Bu zaman həmin xanım müştərinin arxada telefon ilə məşğul olduğunu görmüşdür. Sonradan həmin xanımı ünvanına düşürdükdən sonra oradan uzaqlaşmışdır. Bundan bir müddət sonra həmin xanım ona whatsapp vasitəsilə yazaraq onu polisə şikayət etdiyini bildirmişdir. O isə buna etiraz etməmişdir. “Respublika Narkoloji Mərkəzi” X10 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. Əvvəllər heç vaxt narkotik vasitədən istifadə etməmişdir. İlk dəfə başına belə bir hadisə gəlmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı övladı olduğunu və ona bu günədək təkbaşına baxdığını bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Onun uşağını qeyri rəsmi yaşadığı xanım ataraq çıxıb getmişdir, bugünədək azyaşlı uşağını tək böyüdür. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X4 26 avqust 2025-ci il tarixli, MN seriyalı ******* , MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şəxs himayəsində azyaşlı uşağı vardır, Vüqarın anası belə uşağa baxmağı öhdəsinə götürmədiyindən özü tək baxır, işdə olduğu vaxt uşağı əmisiqızının yanında qoyur. Bölmədə olarkən görüntülü olaraq azyaşlı uşağı ilə əlaqə saxlamış və müəyyən edilmişdir ki, həqiqətən uşağı Şəxs himayəsindədir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X1 19 avqust 2025-ci il tarixli izahatından görünür ki, O, 19 avqust 2025-ci il tarixində şəhərdən bacısıgildən yaşadığı ünvana qayıdan zaman Bolt taksi şirkəti vasitəsilə taksi sifariş vermişdir. Həmin vaxt Mercedes markalı avtomobil yaxınlaşmışdır. Həmin vaxt o avtomobilə mindikdən sonra həmin sürücü arxaya çevrilərək ona baxırdı. O çevrilib ona baxan zaman ondan niyə çevrilib baxdığını soruşmuşdur. Bu zaman o heç bir cavab vermədən üzünü çevirmişdir. Bundan sonra o ona baxıb əlini cinsi orqanına atmışdır. O bu zaman onu video görüntüyə almağa başlamışdır. Sonra isə o onu ünvanına düşürərək oranı tərk etmişdir; X1 Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinə ünvanladığı 19 avqust 2025ci il tarixli ərizəsindən görünür ki, 19 avqust 2025-ci il tarixində saat təxminən 06:00-da **-ZT-*** dövlət qeydiyyat nişanlı taksi sürücüsü maşının orta güzgüsündən ona baxaraq əxlaqsız hərəkətlər etmişdir; İnzibati qaydada tutma haqqında 25 avqust 2025-ci il tarixli protkoldan görünür ki, Şəxs 25 avqust 2025-ci il tarixində saat 23:40-da inzibati qaydada tutulmuşdur; 26 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Narkolji Mərkəzin xx.xx.2025-ci il tarixli 5239 nömrəli rəyinə əsasən X6 narkotik vasitə olan THC (+) istifadə etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; 26 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:00-da öz avtomobilində X3 qarşı əxlaqsız hərəkətlər edərək xırda xuliqanlıq törətmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 26 avqust 2025-ci il tarixli qərardan görünür ki, X1 müraciəti əsasında toplanılmış material üzrə cinayət şinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək məqsədi ilə qəbul edilmiş qərarın surəti 14-cü Polis Şöbəsinin rəisinə təqdim edilmişdir; 26 avqust 2025-ci il tarixli, 5239 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC(+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X7 adlı azyaşlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 2005-ci il 28 iyun tarixli, 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ siyahısının 146-cı bəndinə görə “marixuana(kannabis)” Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitədir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, inzibati xəta törətmiş şəxsin izahatı, narkoloji tibbi yoxlama rəyi, cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı pozmuş və narkotik vasitədən istifadə etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), on dörd yaşına çatmamış uşağını təkbaşına böyütməsini (İXM 30.2), ağırlaşdıran halların müəyyən edilməməsini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azadlığa buraxılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar