Məhkəmə qərarları › İş №3(008)-5243/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5243/2022

20.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5243/2022 20.09.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanova, X1 Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarından verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan inzibati xəta haqqında işin icraata qəbul edilərək baxılması mümkün deyildir. Belə ki, şikayətçi X3 Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarını mübahisələndirsə də, həmin qərarı şikayət ərizəsinə əlavə etməmişdir ki, belə halda mübahisələndirilən qərara məhkəmə tərəfindən baxılması qeydimümkündür. İXM-in 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Bununla yanaşı, şikayətçi şikayət ərizəsinə vəsatət əlavə edərək Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarının məhkəməyə təqdim edilməsi üçün məhkəmə tərəfindən polis orqanına sorğu verilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, göstərilən məzmunda müraciət məhkəmə tərəfindən deyil, barəsində inzibati tənnbeh vermə haqqında qərar qəbul edilmiş şəxs tərəfindən polis orqanına ünvanlanaraq müvafiq qərarın ona təqdim edilməsi, təqdim edilməsi mümkün olmadıqda isə müvafiq rəsmi cavabın alınması təmin edilməlidir. Belə olan halda hesab edirəm ki, məhkəmə təqdim edilmiş sənədlər natamam olduğundan və hazırki vəziyyətdə işə baxılması mümkün olmadığından X1 Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarından verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər şikayət vermiş şəxsə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X1 Bakı şəhəri Nəsimi Rayon DYPŞ tərəfindən onun barəsində tərtib edilmiş 15 iyul 2013-cü il tarixli, BYPİ 139494 saylı protokol əsasında qəbul edilmiş 15 iyul 2013-cü il tarixli qərarından verilmiş şikayəti və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar