Məhkəmə qərarları › İş №3(008)-5250/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5250/2024

14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5250/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanova, X3 tərəfindən verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə şikayəti nəzərdən keçirib hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, şikayət ərizəsində X1 inzibati xəta haqqında protokol və onun əsasında qəbul olunmuş qərardan şikayət verdiyi göstərilsə də, şikayət ərizəsində hansı orqan tərəfindən tərtib edilmiş protokol və qərardan şikayət verildiyi göstərilməmiş, həmin qərarın tarixi şikayət ərizəsində əks edilməmiş, mübahisələndirilən protokol, o cümlədən protokol əsasında qəbul olunmuş inzibati tənbeh vermə haqqında qərar şikayətə əlavə edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan verilmiş şikayət şikayətçiyə geri qaytarılmalı, ona yenidən şikayət ərizəsini düzgün tərtib edərək ərizəyə müvafiq sənədləri əlavə etməklə məhkəməyə şikayət vermək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət X2 qaytarılsın. X2 düzgün tərtib edilmiş və zəruri sənədlər əlavə edilmiş şikayət ərizəsi ilə yenidən məhkəməyə şikayət vermək hüququnun olması izah edilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar