Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5279/2024 14.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Həsənova Familə Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Sabunçu Rayon İcra şöbəsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X5 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 16(008)-51/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən məhkəmə qətnaməsi çıxarılanadək Şəxs iddiaçı X2 xeyrinə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. Qeyd olunan icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Borclu 3 ayın aliment ödənişini etmiş, 3 ayın aliment ödənişini etməmişdir. Həmin müddətdə uşağın onun himayəsində olmasını bildirmişdir. Bu günə olan borcu 705 manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 3 ay üzrə aliment ödəməmişdir. Çünki həmin aylar uşaq onun himayəsində olmuşdur. 2024-cü ilin aprel ayında uşaq ondan alınıb anasına verilmişdir. Bununla bağlı vəkili Sabunçu Rayon Məhkəməsinin qərardadına düzəliş verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Lakin nəticəsi barədə heç bir məlumat yoxdur. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə təqdim olunan materiallar natamam olduğuna görə geri qaytarılmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, hazırda Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsasını 3 aylıq dövr üzrə aliment ödənişinin həyata keçirilməməsi təşkil edir. Həmin məsələnin həll olunması məqəsdilə Sabunçu Rayon Məhkəməsinin 16 (008)-51/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadına izah verilməsi barədə borclu tərəfindən məhkəməyə ərizə ilə müraciət olunmuşdur. İcra şöbəsi tərəfindən həmin ərizənin nəticəsi müəyyən olunmadan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə müraciət olunmuşdur. Qeyd olunan hal aydınlaşdırılmadan inzibati xəta haqqında iş üzrə icraatın başlanması qnunvericiliyin tələblərinə ziddir. İnzibati xəta haqqında protokol şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının göstəricisidir. AR İXM-nin 99-cu maddəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması üçün səbəblər qeyd edilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən şəxs inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar müəyyən etdikdən və həmin hallar əsasında inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması qənaətinə gəldikdən sonra inzibati xəta haqqında iş üzrə icraat başlamalıdır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-5279/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5279/2024
14.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver