Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5289/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, X1 iştirakı ilə, 27 iyul 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Ə.Gülbabayev küçəsi, ev 16 A, mənzil 32-də qeydiyyatda olan və yaşayan-X2 Bakı şəhər BPİ X8 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X5 Bakı şəhər BPİ X8 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhər BPİ X8 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin Bakı şəhər BPİ X8 İdarəsinin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər BPİ X8 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında X4 Alik oğlu öz izahatında göstərmişdir ki, idarə etdiyi **-CD- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz E Class” markalı avtomobilinə 25 avqust 2023-cü il tarixində, saat 07:45 radələrində Yol Patrul Xidməti İnspektoru saxlayaraq avtomobilin arxa şüşəsində örtük olduğunu bildirərək İXM 342.2.4-cü maddəsinə əsasən 150 manat cərimə tətbiq etmişdir. Qeyd edir ki, “X7” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici yan güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və ya plyonka) çəkilməsinə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Onun əməlində heç bir inzibati xətanın tərkibi yoxdur. Hesab edir ki, həmin qərarlar əsassız olduğundan ləğv edilməlidir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər BPİ X8 İdarəsinin barəsində qəbul etdiyi inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, X2 İXM-nin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şikayət ərizəsinə əlavə edilmiş qərarla təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Bakı şəhər BPİ X8 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas ola biləcək sübut növləri X4 Alik oğlu tərəfindən məhkəməyə təqdim olunmamışdır. Beləliklə də məhkəmə inzibati tənbeh vermə haqqında qərarı və digər sənədləri araşdıraraq hesab edir ki, X2 inzibati xəta törətməsi tam sübuta yetirilir və X3 şikayəti əsassız hesab olunaraq rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 48-51, 57, 106, 128, 129, 130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: X2 Bakı şəhər BPİ X8 İdarəsinin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-5289/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5289/2023
26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver