Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5299/2023 11.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Ayla Çingiz qızı Hacıyevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs X4 və qanuni nümayəndəsi (anası) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bkaı şəhərində doğulmuş, Azərbaycan Respblikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində X6 döymüş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə rəisi X8 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, hadisə günü o, Zəhranın nənəsinə sistem qoymağa getmişdir. Heş bir səbəb olmadan Gülçöhrə Tağıyeva onun üzərinə gəlmiş və aralarında mübahisə yaranmışdır. Bu zaman X1 yaxınlaşaraq onu vurmağa başlamış, o isə Zəhranı itələmişdir. O, ümumiyyətlə X6 vurmamış, sadəcə itələmişdir. İtələməsi nəticəsində X4 yıxılıb yıxılmadığını görməmişdir. Əksinə, X9 və anası X7 onu vuraraq xəsarətlər yetirmişlər. Lakin o, bu barədə şikayət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsX9 bildirmişdir ki, hadisə günü Ayşənlə babası mübahisə edən zaman o araya keçərək onların arasındakı mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Ayşən adlı qadın onun saçlarından tutaraq dartmış və onun boğazından yapışmışdır. Həmin əməllər nəticəsində onda xəsarətlər yaranmışdır. Məhkəmə iclasında həm zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində izahat verən X7 bildirmişdir ki, hadisə günü o, evə olan zaman ərinin sevgilisi olan Ayşən Vəliyeva onların qapısını döyərək evdən çıxıb getməsini bildirmiş və ərinin tezliklə Ayşənlə ailə həyatı quracağını bildirmişdir. Bu zaman onun yaşlı atası gələrək Ayşənə çıxıb getməsini bildirmişdir. Həmin vaxt əsəbdən atasının halı pisləşmiş və o, atasına su gətirmək üçün mətbəxə getmişdir. Mətbəxdə olarkən qızının qışqırıq səslərini eşitmiş və gələrkən Ayşənin qızının saçlarından tutaraq dartdığını görmüşdür. Bundan sonra uşağı Ayşənin əlindən almış, daha sonra isə polisə şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 02 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10- Təcrübi və Tədris Birliyi” X15 canlı şəxsin ekspertizasının 17 avqust 2023-cü il tarixli, 1991 saylı rəyindən görünür ki, X5 boyun nahiyyəsinin sıyrığı sağ körpücük və sol bud nahiyyələrinin qançırları müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 11 avqust 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İnzibati xəta haqqında 11 sentyabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 14 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində X6 döymüş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs 14 avqust 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında X6 itələyib yıxdığını və Zəhranın xəsarət aldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X4 döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatları, hadisənin şahidi olmuş qanuni nümayəndə olan X2, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyi” X15 canlı şəxsin ekspertizasının 17 avqust 2023-cü il tarixli, 1991 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların birbiri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsi sadəcə itələməsini və yıxılmasını görmədiyini söyləməsinə baxmayaraq təhqiqat araşdırması zamanı zərərçəkmiş şəxsi itələyərək yıxdığını və zərərçəkmiş şəxsin xəsarətlər almasını etiraf etməsi özü də onun hazırda özünümüdafiə xarakterli izahat verməsinin göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs tərəfindən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM-33.1.4) qiymətləndirilir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5299/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5299/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver