Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5314/2024 15.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X6 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" MMC-də idarə rəisi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 15 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 15 avqust 2024-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılan zaman yol vərəqəsini təqdim etməkdən imtina etmiş və bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə, gecə saat 00:30 radələrində YPX əməkdaşı tərəfindən saxlanılmış, əməkdaş özünü ona təqdim edərək sənədləri istədikdə o, hansı əsasla ondan sənədlərin tələb edildiyini soruşmuşdur. Bu zaman polis əməkdaşı ondan şübhələndiyindən sənədləri yoxlamaq zərurətinin yarandığını bildirmişdir. O, sənədlərin hansı səbəbdən təqdim edilməsi deyilmədiyi halda sənədləri təqdim etməyəcəyini bildirmişdir. Daha sonra o, ad, soyad və ata adını polis əməkdaşına demiş, polis əməkdaşı portala baxaraq onun şirkətə məxsus avtomobili idarə etməsinə əsas olan yol vərəqəsinin vaxtının bitdiyini bildirmişdir. O, isə yenə də sənədləri təqdim etməmişdir. Bu zaman polis əməkdaşı ona bölməyə aparılacağını bildirmişdir. O, isə buna etiraz etməmiş və sənədləri bölmədə verəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə olan Yol-patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X2 izahatında göstərmişdir ki, 15 avqust 2024-cü il tarixdə ona içkili bir vətəndaşın avtomobili idarə edərək onların xidmət etdikləri əraziyə tərəf gəlməsi barədə məlumat daxil olmuşdur. O, ilk öncə Şəxs həmin vətəndaş olduğunu düşünərək avtomobili saxlamış, ondan içkili olubolmamasını soruşmuş və sənədlərini istəmişdir. Vətəndaş içkili olmadığını deyərək sənədləri təqdim etməyəcəyini, hər hansı qayda pozuntusuna yol vermədiyini bildirmişdir. O, vətəndaşa düzgün etmədiyini dedikdə vətəndaş ad, soyad və ata adını bildirmiş, lakin sənədləri verməyəcəyini demişdir. Bu zaman o, portala baxan zaman vətəndaşın avtomobili idarə etməsi üçün əsas olan yol vərəqəsinin vaxtının bitdiyini aşkar etmişdir. Bu barədə vətəndaşa dedikdə Şəxs təkidlə sənədləri verməyəcəyini bildirmişdir. Bundan sonra o, PPX əməkdaşlarını dəvət etmiş və vətəndaş bölməyə aparılmışdır. Şahidin izahatından sonra Şəxs ünvanlanmış suala cavab olaraq o, polis əməkdaşının həqiqətən də ona yol vərəqəsinin vaxtının bitdiyini bildirdiyini, lakin bundan sonra polis əməkdaşına hər hansı sənəd təqdim etməkdən imtina etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 15 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 avqust 2024-cü il tarixdə YPX əməkdaşları tərəfindən saxlanılan zaman yol vərəqəsini təqdim etməkdən imtina etmiş və bununla da polisin qanuni tələblərinə tabe olmamışdır. “İnzibati qaydada tutma haqqında” 15 avqust 2024-cü il tarixli, AZA 001056 nömrəli protokoldan görünür ki, Şəxs 15 avqust 2024-cü il tarixdə, saat 01:00-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs polisin qanuni tələbinə tabe olmayan hərəkətə yol vermədiyini göstərsə də, məhkəmə şahid qismində izahatı alınmış Bakı şəhər BPİ-nin X8 İdarəsinə bilavasitə olan Yol-patrul Xidməti Alayı yol-patrul xidməti inspektoru X1 izahatından sonra polis əməkdaşının həqiqətən də ona yol vərəqəsinin vaxtının bitdiyini bildirdiyini, lakin bundan sonra polis əməkdaşına hər hansı sənəd təqdim etməkdən imtina etdiyini etiraf etmişdir ki, bu da onun polisin qanuni tələbinə tabe olmamasına dəlalət edir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının tələbi ilə nəqliyyat vasitəsini dayandırdıqda, həmin əməkdaş yaxınlaşdıqdan sonra bu maddənin birinci hissəsinin 1-ci bəndində göstərilən sənədləri yoxlanılması üçün ona təqdim etməlidir və zəruri olduqda həmin əməkdaşın tələbi ilə nəqliyyat vasitəsindən çıxmalıdır. Həmin maddənin 1-ci hissəsində göstərilən sənədlərə əsasən sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə, sürücülük vəsiqəsi, həmin vəsiqə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayış, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi aiddir. Məhkəmə hesab edir ki, Şəxs oğlunun AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-5314/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5314/2024
15.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver