Məhkəmə qərarları › İş №3(008)-5321/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5321/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5321/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə 29 avqust 2023-cü il tarixli 00100-02164/23 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********4385 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd təkər üzərində hərəkət edən dəmir yol kranı yükü xx.xx.2022-ci il tarixədək, **********4055 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd qazel QAZ A21R22-20 yükü xx.xx.2022-ci il tarixədək, **********6170 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 10 dəst arabalar və hərəkət balansir arabaları yükü xx.xx.2022ci il tarixədək, **********6236 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd dəmir yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən şpalvuran maşın yükü xx.xx.2022-ci il tarixədək, **********8425 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd açıq hündürlüyü 60 sm-dan çox olan sökülməyən bortlarla (üstüaçıq vaqon) yükü xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. “DƏMİRYOLSERVİS» MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Lakin, müvəqqəti ixrac müddətlərinin bitməsinə baxmayaraq **********4385, **********4055, **********6170, **********6236, **********8425 sorğu nömrəli gömrük bəyannamələri ilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti bitməmiş “DƏMİRYOLSERVİS» MMC tərəfindən həmin malların Azərbaycan Respublikasının gömrük ərazisinə qaytarılması və ya digər gömrük proseduru altında rəsmiləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********4385 sorğu nömrəli xx.xx.2015-ci il tarixli, **********4055 sorğu nömrəli xx.xx.2015-ci il tarixli, **********6170 sorğu nömrəli xx.xx.2014-cü il tarixli, **********6236 sorğu nömrəli xx.xx.2018-ci il tarixli, **********8425 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömük proseduru altında yerləşdirilmiş yüklərin ümumi dəyəri 2020351.46 (iki milyon iyirmi min üç yüz əlli bir manat qırx altı qəpik) manat təşkil edir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMCnin nümayəndəsi X3 izahatında müddət keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X2 tərəfindən tərtib edilmiş 29 avqust 2023-cü il tarixli 00100-02164/23 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “DƏMİRYOLSERVİS» MMC-nin ünvanına ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********4385 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd təkər üzərində hərəkət edən dəmir yol kranı yükü xx.xx.2022-ci il tarixədək, **********4055 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd qazel QAZ A21R22-20 yükü xx.xx.2022-ci il tarixədək, **********6170 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 10 dəst arabalar və hərəkət balansir arabaları yükü xx.xx.2022-ci il tarixədək, **********6236 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd dəmir yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən şpalvuran maşın yükü xx.xx.2022-ci il tarixədək, **********8425 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd açıq hündürlüyü 60 sm-dan çox olan sökülməyən bortlarla (üstüaçıq vaqon) yükü xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. “DƏMİRYOLSERVİS» MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. 08 avqust 2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********4385 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunsa da, 3 ildən (36 aydan) artıq müddət keçdiyinə görə bu yüklərin öhdəlik müddətinin uzadılması mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. 08 avqust 2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********4055 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunsa da, 3 ildən (36 aydan) artıq müddət keçdiyinə görə bu yüklərin öhdəlik müddətinin uzadılması mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. 08 avqust 2023-cü il tarixli raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********6170 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunsa da, 3 ildən (36 aydan) artıq müddət keçdiyinə görə bu yüklərin öhdəlik müddətinin uzadılması mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç $ir tədbir görülməmişdir. 15 avqust 2023-cü il tarixli raportdan görünr ki, "xxxx" MMC tərəfindən **********6236 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunsa da, 3 ildən (36 aydan) artıq müddət keçdiyinə görə bu yüklərin öhdəlik müddətinin uzadılması mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. 15 avqust 2023-cü il tarixli raportdan görünr ki, "xxxx" MMC tərəfindən **********8425 saylı GB ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2022-ci il tarixində bitmişdir. Şirkət tərəfindən bu yüklərin öhdəlik müddətinin uzadılması üçün xx.xx.2023-cü il tarixində müraciət olunsa da, 3 ildən (36 aydan) artıq müddət keçdiyinə görə bu yüklərin öhdəlik müddətinin uzadılması mümkün olmamışdır. Həmçinin, "xxxx" MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xəta haqqında iş üzrə ünvan 1nvanında qeydiyyatda olan “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********4385 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd təkər üzərində hərəkət edən dəmir yol kranı yükü xx.xx.2022-ci il tarixədək, **********4055 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd qazel QAZ A21R22-20 yükü xx.xx.2022-ci il tarixədək, **********6170 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 10 dəst arabalar və hərəkət balansir arabaları yükü xx.xx.2022-ci il tarixədək, **********6236 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd dəmir yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən şpalvuran maşın yükü xx.xx.2022-ci il tarixədək, **********8425 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd açıq hündürlüyü 60 sm-dan çox olan sökülməyən bortlarla (üstüaçıq vaqon) yükü xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. “DƏMİRYOLSERVİS» MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Lakin, müvəqqəti ixrac müddətlərinin bitməsinə baxmayaraq **********4385, **********4055, **********6170, **********6236, **********8425 sorğu nömrəli gömrük bəyannamələri ilə, müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin müvəqqəti ixrac müddəti bitməmiş Şəxs MMC tərəfindən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş həmin nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması ilə bağlı heç bir tədbir görülməmişdir. “DƏMİRYOLSERVİS» MMC-nin barəsində gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 499.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 29 avqust 2023-cü il tarixli 00100-02164/23 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər; 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 499.2-ci maddəsinə əsasən aparılması və ya qaytarılması məcburi olan əvvəllər gətirilmiş və ya aparılmış mallar və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmamasına və ya bu əraziyə qaytarılmamasına görə nzibati xətanın bilavasitə obyekti olan mallar və ya nəqliyyat vasitələri müsadirə edilir, yaxud vətəndaşlar həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həmin malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılır. Beləliklə, məhkəmə, “DƏMİRYOLSERVİS» MMC tərəfindən **********4385 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd təkər üzərində hərəkət edən dəmir yol kranı yükü xx.xx.2022-ci il tarixədək, **********4055 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd qazel QAZ A21R22-20 yükü xx.xx.2022-ci il tarixədək, **********6170 sorğu nömrəli xx.xx.2014-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 10 dəst arabalar və hərəkət balansir arabaları yükü xx.xx.2022-ci il tarixədək, **********6236 sorğu nömrəli xx.xx.2018-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd dəmir yollarının təmiri və ya texniki xidməti üçün nəzərdə tutulmuş özügedən şpalvuran maşın yükü xx.xx.2022-ci il tarixədək, **********8425 sorğu nömrəli xx.xx.2015-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş 1 (bir) ədəd açıq hündürlüyü 60 sm-dan çox olan sökülməyən bortlarla (üstüaçıq vaqon) yükü xx.xx.2022-ci il tarixədək müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirməklə müvəqqəti olaraq Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmışdır. “DƏMİRYOLSERVİS» MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə, “DƏMİRYOLSERVİS» MMC-nin həmin malların Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya digər gömrük prosedurunda rəsmiləşdirilməsi ilə bağlı gömrük orqanına müraciət edilmədiyini və göstərilən vaxtdan inzibati məsuliyyətə cəlb edilmə üçün nəzərdə tutulmuş bir il müddətin keçdiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, hüquqi şəxs “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati tənbeh tədbiri tətbiq etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 43-48, 53, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Hüquqi şəxs “DƏMİRYOLSERVİS» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar