Məhkəmə qərarları › İş №3(008)-5325/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-5325/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-5325/2023 21.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Nigar Arzu qızı İmanovanın sədrliyi, Məhkəmə iclas katibi Ayla Çingiz qızı Hacıyevanın katibliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, MÜƏYYƏN ETDİM : Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş 07 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən Şəxs 16 mart 2023-cü il tarixdə qüsurlu malın dəyişdirilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati materialın aidiyyəti üzrə düzgün göndərilmədiyini, MMC-nin baş ofisinin və servis mərkəzinin hazırda Bakı şəhəri, Yasamal rayonunda yerləşdiyini, lakin inzibati xətanın törədilməsinin iddia edildiyi dövrdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşdiyini, malın qaytarılması və dəyişdirilməsi əməliyyatlarının baş ofisdə yerləşən servis mərkəzində aparıldığını, vətəndaşın da həmin ünvana qüsurlu malı təqdim edərək dəyişdirilməsini bildirdiyini qeyd edərək inzibati materialın aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayəti əsasında inzibati icraat başlanılmış vətəndaş Zərərçəkmiş şəxs qüsurlu malı, yəni “Bosh” markalı elektrik çaydanı Şəxs MMC-nin Sabunçu filialından alsa da, zəmanət talonuna əsasən MMC-nin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən baş ofisində yerləşən servis mərkəzinə qüsurlu malı təqdim edərək dəyişdirilməsini tələb etdiyini, lakin servis mərkəzi tərəfindən malın dəyişdirilmədiyini və qanunvericiliyin tələblərinin pozulduğunu bildirmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs malda zəmanət müddəti ərzində aşkar edilmiş qüsurla bağlı elektron çayniki aldığı Bakı şəhəri, Sabunçu rayonu, Məmmədli qəsəbəsində yerləşən Şəxsnə getmədiyini, zəmanət talonunda göstərilən qaydada Bakı şəhəri, Nəsimi rayonunda yerləşən baş ofisdə yerləşən servis mərkəzinə getdiyini, servis mərkəzi tərəfindən qüsurlu malın dəyişdirilmədiyini bildirmişdir. İnzibati xəta haqqında materialı araşdıraraq məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə düzgün göndərilməmiş və inzibati material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Zərərçəkmiş şəxs Şəxs tərəfindən aldığı “Bosh” markalı elektrik çayniklə bağlı 29 iyul 2021-ci il tarixdə verilmiş 789317 saylı zəmanət talonundan görünür ki, həmin zəmanət talonunda göstərilmişdir ki, “Zəmanət müddəti ərzində məhsullarda yaranmış nasazlıqlar Servis mərkəzi tərəfindən aradan qaldırılır, servis mərkəzi müştəridən qəbul etdiyi malı 30 gün müddətində təmir etməyi öz öhdəsinə götürür, hissələrin təmir edilməsi və ya yenisi ilə əvəz edilməsi qərarı servis mərkəzi tərəfindən qəbul edilir. Xırda məişət cihazları alıcı tərəfindən servis mərkəzinə çatdırılır və təmirdən sonra alıcı cihazı özü təhvil alır”. Həmin zəmanət talonunun ikinci qrafasında zəmanət talonunun yalnız Şəxs MMC nəzdində olan servislərdə keçərlidir. Məhkəmə iclasında da Zərərçəkmiş şəxs da qüsurlu malı, yəni “Bosh” markalı elektrik çaydanı Şəxs MMC-nin Sabunçu filialından almasına baxmayaraq zəmanət talonuna əsasən MMC-nin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən baş ofisində yerləşən servis mərkəzinə təqdim edərək dəyişdirilməsini tələb etməsi, lakin həmin servis mərkəzi tərəfindən malın dəyişdirilmədiyi və bununla da inzibati xətanın həmin servis mərkəzinin, o cümlədən, Şəxs MMC-nin hüquqi ünvanının yerləşdiyi Nəsimi rayonu ərazisində baş verməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin sənədinin Şəxs MMC-nin 27 noyabr 2013-cü il tarixdə qeydiyyata alındığı vaxt hüquqi ünvanı ünvan 2 ilin iyun ayından etibarən hüquqi ünvanı ünvan 3kası İnzibati Xətalar Məcəlləsinin: 109.1.7-ci maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı əgər bu məsələnin baxılması onun səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edir; 110-cu maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında iş onun yaşadığı yer üzrə baxıla bilər. Məhkəmə Şəxs MMC-nin hüquqi ünvanının inzibati xəta törədilməsi iddia edilən vaxt Bakı şəhəri, Nəsimi rayonunda yerləşdiyini, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs malın dəyişdirilməsi üçün baş ofisdə yerləşən servis mərkəzinə müraciət edərək həmin ünvanda malın dəyişdirilməsi qaydasını pozulduğunu bildirdiyini, zəmanət talonunda da malın dəyişdirilməsinin servis mərkəzində həyata keçirilməli olmasının göstərildiyini, alıcının isə 2023-cü ilin mart ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən baş ofisdə yerləşən servis mərkəzinə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar