Məhkəmə qərarları › İş №3(008)-5335/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5335/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5335/2023 25.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Nəbiyeva Nuray Vidadi qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştirakı ilə X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayətə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərara əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. X5 həmin qərardan şikayət vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müvafiq qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında qərardan şikayət verən şəxs X5 bildirdi ki, idarə etdiyi “İVECO DAİLY 50C15V” markalı 99JL095 dövlət qeydiyyat nişanlı avtomobil sürücü vəzifəsində işlədiyi "xxxx" MMC-nin mülkiyyətindədir. Cəmiyyətə göndərilən bildirişdə M1, E119, AH8, Bakı-Quba-Rusiya yolun 12-ci km-da müəyyən edilmiş sürət həddini xx.xx.2023-cü il tarixdə, saat 16:33-də 42 km/saat həddində aşmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində göstərilən inzibati xətanı törətmişdir. Lakin barəsində qəbul edilmiş qərarda göstərilir ki, o, müəyyən edilmiş hərəkət sürətini 41- 60 km/saat həddində aşaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bütün göstərilənlərə əsasən məhkəmədən xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərarın ləğv edilməsini və törətdiyi inzibati xətanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə tövsif edilməsini xahiş edir. Məhkəmə şikayət verən şəxsi dinləyib, iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, X5 barəsində xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara görə X5 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə- iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 328.2-cü maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə-əlli manat məbləğində cərimə edilir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. Bununla yanaşı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərar ilə X2 İXM-nin 328.3-cü maddəsinin tələblərinə əsasən 200 manat miqdarında cərimə edilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən avtomobilin mülkiyyətçisi olan "xxxx" MMC-nə göndərilmiş məktubdan görünür ki, X1 həddini 42 km/saat həddində aşmaqla İXM-nin 328.2-ci maddəsinin tələblərini pozduğu göstərilmişdir. Bundan başqa portaldan çıxarışda qeyd edilən ərazidə sürət həddinin 70km/saat olmaqla sürücünün sürət həddini 112 km/saat aşğıdı qeyd edilsə də, sürücünün elektron kabinetinə yüklənmiş fotoşəkildə hadisənin törədildiyi ərazidə sürət həddi 90 km/saat göstərilməklə sürcünün aşdığı sürət həddi 112km/saat olması qeyd edilmişdir. Belə olan halda məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, sürücü X4 tərəfindən sürət həddinin 42 km/saat həddində aşıldığı iş materiallarında göstərilsə də, sürücücün əməlində İXM-nin 328.2 və ya 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması arasında əsaslı ziddiyət olduğundan şikayət qismən təmin edilməli X2 Azərbaycan Respublikası İXM-nin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 200 manat cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Azərbaycan Respublikası İXM-nin 328.3-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar