Məhkəmə qərarları › İş №3(008)-5345/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5345/2025

29.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5345/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Abşeron rayonu, Məmmədli qəsəbəsi, Ə.Bayramov küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsindən daxil olmuş 29 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 28 avqust 2025-ci il tarixdə Şəxs idarə etdiyi “Opel” markalı avtomaşınla hərəkətdə olarkən polis mayoru Əliyar Həziyevi nalayiq ifadələrlə söymüş və təhqir etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə rəisi X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli hesab edərək izahatında göstərmişdir ki, hadisə zamanı anasının vəziyyəti pis olmuşdur. Dərman alıb qayıdacaqdı. Tələsdiyi üçün qırmızı işıqda keçmişdir. Onun tərəfindən polis mayoruna qarşı nalayiq ifadələr işlədilməmişdir. Həmin vaxt əsəbi olmuşdur, polis əməkdaşından üzr isəyir. Törətdiyi əməldən peşmandır. X1 məhkəmə iclasında izahatında bildirmişdir ki, 28 avqust 2025-ci il tarixdə özünə məxsus avtomaşınla xidmətdən çıxıb yaşadığı evə qayıdan zaman “Opel” markalı avtomaşın işıqfor qırmızı yanan vaxtı məhəl qoymadan yüksək sürətlə keçmişdir. Məhəmmədi kruqundan sola dönən zaman saxlamış və o, maşından sürücü Şəxs qarşı iradlarını bildirdiyi zaman sürücü ona qışqıraraq düz etdiyini, iradlara məhəl qoymadan ona qarşı nalayiq və təhqiredici ifadələr işlətmişdir. Məhkəmədən həmin şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 15-ci PB-dən daxil olmuş 29 avqust 2025ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 28 avqust 2025-ci il tarixdə Şəxs idarə etdiyi opel markalı avtomaşınla polis mayoru Əliyar Həziyevi hərətəkdə olan zaman nalayiq ifadələrlə söymüş və təhqir etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin təhqiqatçısı polis mayoru Əliyar Həziyev tərəfindən yazılmış 29 avqust 2025-ci il tarixli raportdan görünür ki, 28 avqust 2025-ci il tarixdə, saat təxminən 15:40 radələrində özünə məxsus avtomaşınla xidmətdən çıxıb yaşadığı evə qayıdan zaman “Opel” markalı avtomaşın işıqfor qırmızı yanan vaxtı məhəl qoymadan yüksək sürətlə keçmişdir. Məhəmmədi kruqundan sola dönən zaman saxlamış və o, maşından Şəxs qarşı iradlarını bildirdiyi zaman sürücü ona qışqıraraq düz etdiyini bildirmiş, iradlara məhəl qoymadan polis mayoruna qarşı nalayiq və təhqiredici ifadələr işlətmişdir. Hadisə zamanı o, formada olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 29 avqust 2025-ci il tarixdə Əliyar Həziyevin ünvanına nəlayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, bununla da, Məmmədov X5 Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X5 Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar