Məhkəmə qərarları › İş №3(008)-5346/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5346/2024

28.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5346/2024 28.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi X7 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin vəkili X1, tələbkar X4 iştirakı ilə, xx.xx.1981-ci il tarixdə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan – Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş MN № ******* saylı, 16 avqust 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2235/2024 saylı, xx.xx.2024-cü il icra sənədinə əsasən "xxxx" MMC-dən cəmi 5811 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra şöbəsinin icra məmuru X6 göstərmişdir ki, borclu "xxxx" MMC-nin rəhbəri Həsənov X3 Rayon Məhkəməsinin 2(008)-2235/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 5811 manat borcunun ödənilməsindən yayınır. Ona görə də borclu Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması xahiş edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2235/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən ona dəymiş ziyanın ödənilməsini və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs vəkili X5 izahatında göstərmişdir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsassız və qanunsuzdur. Belə ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2235/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsində "xxxx" MMC-dən 5730 manat, ödənilmiş 81 manat dövlət rüsumu tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra məmuru tərəfindən hüquqi şəxs "xxxx" MMC-nin barəsində tərtib edilməli olduğu halda "xxxx" MMC-nin rəhbəri vəzifəli şəxs Şəxs barəsində tərtib edilmişdir. Göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsə rəsmi qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, eləcə də inzibati işə baxılmasının təxirə salınması barədə məhkəməyə heç bir vəsatət daxil olmamışdır. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 2(008)-2235/2024 saylı, xx.xx.2024-cü il il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən vurulmuş zərərə görə 5730 manat, ödənilmiş 81 manat dövlət rüsumu tutulub iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, icra məmurunu, barəsində inzibati protokol tərtib edilmiş şəxsin vəkilini və tələbkarın izahatlarını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icratına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən-məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd edir ki, hazırki icra sənədi üzrə borclu statusunda "xxxx" MMC-dir. İş materiallarından görünür ki, icra məmuru tərəfindən borclu hüquqi şəxsin mülkiyyətində hər hansı əmlakın və ya bank hesabının olması barədə sorğu verilmiş və müəyyən edilmişdir ki, borclu hüquqi şəxsin mülkiyyətində heç bir əmlak və ya bank hesabında pulu yoxdur. Belə olduğu təqdirdə, icra məmuru borclu hüquqi şəxsin bank hesabı və ya əmlakının mövcudluğu barədə sübut əldə etdikdən sonra cəmiyyətin rəhbəri Şəxs tərəfindən tələbkara olan borcun ödənilməsi təmin edilməzsə onun borcun ödənilməsindən qərəzli şəkildə yayınması məsələsi irəli sürülə bilər. Hazırki mərhələdə isə icra məmuru borclu hüquqi şəxsin əmlakının mövcud olmasına dair sübut əldə etməmişdir. Hüquqi şəxsin mülkiyyətində hər hansı əmlakının olmaması isə Şəxs məhkəmə qərarını icra etməkdən üzrsüz şəkildə yayınması kimi qiymətləndirilə və onun inzibati məsuliyyətə cəlb edilməsinə səbəb ola bilməz. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin rəhbəri Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, icra vərəqəsinin icra olunmamasında Şəxs münasibəti qərəzli olamamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 62, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar