Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-5349/2025 30.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X11 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 iştirakları ilə, xx.xx.1966-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 30 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində YPX əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 30 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025ci il tarixdə saat 13:00 radələrində Sabunçu körpüsünün yaxınlığında YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində idarə etdiyi Toyota Prado markalı avtomobillə Sabunçu körpüsü yaxınlığında hərəkətdə olan zaman YPX əməkdaşı əsassız yerə onu saxlamış ona manevr qaydalarını pozduğunu bildirmiş, o isə kamera görüntülərinin ona təqdim edilməsini və heç bir qayda pozuntusu törətmədiyini bildirmişdir. O YPX əməkdaşlarından yayınmadığını, saxla əmrinə tabe olduğunu, onların barəsində heç bir nalayiq ifadə işlətmədiyini bildirmişdir. Avtomobilində yoldaşı və iki azyaşlı övladları olduğundan YPX əməkdaşlarına maşını kənarə çəkdikdən sonra protokol tərtib edilməsini bildirmişdir. O onlara qarşı heç bir hədə-qorxu gəlməmiş, YPX əməkdaşlarının qanuni tələblərinə riayət etmiş, dövlət atributlarına ziyan vurmamış, heç bir polis əməkdaşına xəsarət yetirməmiş, heç bir polis əməkdaşına qarşı nalayiq ifadələr işlətməmişdir. Ola bilərki polis əməkdaşları ilə bir az aqressiv danışmışdır, buna görə onlardan üzr istəyir.Odur ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində YPX əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, Sabunçu körpüsünün yaxınlığında YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmadığından barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektrou X3 izahatında göstərdi ki, xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Heydər Əliyev prosepktində Komsomol dairəsindən hərəkət edib geri qayıdarkən qarşılarındakı “Prado” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydasını pozduğu üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşaraq Yol Patrul təyinatına əsasən özlərini təqdim edib, sənədlərin təqdim edilməsini tələb etmişdirlər. Şəxsə törətdiyi qayda pozuntusunu izah edən zaman avtomobilini sürərək qaçmağa cəhd göstərmişdir. Onlar daha sonra yenidən həmin şəxsi saxladıqda qarşısını kəsərək, sürücüyə yaxınlaşıb avtomobildən düşməsini tələb etmişdirlər. O onlara nalayiq ifadələr işlədərək üzərinə hücum edib əl-qol hərəkətləri ilə üzərlərində olan dövlət atributlarını qoparmağa cəhd etmişdir. Yenidən maşına əyləşərək avtomobili üzərinə sürüb qaçmağa cəhd göstərmişdir. Onlar dərhal əlavə kömək üçün PPX xidmətini köməyə çağırmışdırlar. X14 dəvət etsələr də gəlməyəcəyini bildirmişdir, lakin çətinliklə də olsa X14 gətirmişdirlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektrou X9 izahatında göstərdi ki, xx.xx.2025-ci ildə Sabunçu qəsəbəsində xidmət apardıqları zaman Sabunçu RPİ-nin NHnin göstərişi ilə H.Əliyev prospektində 278 çağırışlı YPX əməkdaşlarına köməklik göstərmələrini istəmişdirlər. YPX əməkdaşlarına tabesizlik göstərən vətəndaşı 12-ci Polis Şöbəsinə təmin edib, raportla NH-yə təhvil vermişdirlər. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 30 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə saat 13:00 radələrində YPX əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 30 avqust 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025ci il tarixdə saat 13:00 radələrində Sabunçu körpüsünün yaxınlığında YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Nizami RPİ DYPŞ YPX inspektoru polis baş serjantı Cəbrayıllı İlqar və polis serjantı Aydın Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixində saat 14:00 radələrində Heydər Əliyev prosepktində Komsomol dairəsindən hərəkət edib geri qayıdarkən qarşılarındakı “Prado” markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobil manevr etmə qaydasını pozduğu üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sürücüyə yaxınlaşaraq Yol Patrul təyinatına əsasən özlərini təqdim edib, sənədlərin təqdim edilməsini tələb etmişdirlər. Şəxsə törətdiyi qayda pozuntusunu izah edən zaman avtomobilini sürərək qaçmağa cəhd göstərmişdir. Onlar daha sonra yenidən həmin şəxsi saxladıqda qarşısını kəsərək, sürücüyə yaxınlaşıb avtomobildən düşməsini tələb etmişdirlər. O onlara nalayiq ifadələr işlədərək üzərinə hücum edib əl-qol hərəkətləri ilə üzərlərində olan dövlət atributlarını qoparmağa cəhd etmişdir. Yenidən maşına əyləşərək avtomobili üzərinə sürüb qaçmağa cəhd göstərmişdir. Onlar dərhal əlavə kömək üçün PPX xidmətini köməyə çağırmışdırlar. X14 dəvət etsələr də gəlməyəcəyini bildirmişdir, lakin çətinliklə də olsa X14 gətirmişdirlər; Sabunçu RPİ-nin PPXB-nin polis nəfərləri serjant Elyar Məmmədov, serjant Qüdrət H. tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci ildə Sabunçu qəsəbəsində xidmət apardıqları zaman Sabunçu RPİ-nin NH-nin göstərişi ilə H.Əliyev prospektində 278 çağırışlı YPX əməkdaşlarına köməklik göstərmələrini istəmişdirlər. YPX əməkdaşlarına tabesizlik göstərən vətəndaşı 12-ci Polis Şöbəsinə təmin edib, raportla NH-yə təhvil vermişdirlər. Şöbədə məlum olmuşdur olmuşdur ki, həmin şəxslər X5, X6, Şəxs, X4 olduğu məlum olmuşdur; İnzibati qaydada tutma haqqında 29 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 29 avqust 2025-ci il tarixdə saat 18:00-da tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə iclasında Şəxs hər hansı nalayiq ifadə işlətmədiyini, ictimai qaydanı pozmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən təqdim edilən videogörüntülərə baxış keçirildikdə Şəxs dedikləri öz təsdiqini tapmış, hər hansı nalayiq ifadə işlətmədiyi müəyyən edilmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməsi halı obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Lakin, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qismən etirafedici izahatı, şahid izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 29 avqust 2025-ci il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bununla da, Məmmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov X1 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsii ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-5349/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-5349/2025
30.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver