Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-535/2024 24.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ : Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi DYPŞ Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsinə əsaslanaraq tərtib edilmiş inzibati material baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 26-cı Binə küçəsi, 1-ci döngə, ev 19-də qeydiyyatdadır. Azərbaycan Respublikası İXM-nin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə nəqliyyat vasitəsinin qeydiyyatda olduğu yer üzrə baxılır. Azərbaycan Respublikası İXM-nin 109.1.7-ci maddəsinə əsasən əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışsa, inzibati xəta haqqında protokol və ya digər materiallara baxılması üçün aidiyyati üzrə göndərilməlidir. Elektron Məhkəmə portalından görünür ki, Şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 26-cı Binə küçəsi, 1-ci döngə, ev 19-də qeydiyyatdadır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.7 və 110.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Şəxs barəsində inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyati üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-535/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-535/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver